İşsizlər üçün xoş xəbər!
Bizi izləyin

Qırmızı.az

İşsizlər üçün xoş xəbər!

Bu gün Ağsuda növbəti əmək yarmarkası keçirilib.

Publika.az xəbər verir ki, 240 nəfər iş axtaranın iştirak etdiyi əmək yarmarkasında 27 idarə, müəssisə, təşkilat və fiziki şəxs tərəfindən 251 boş (vakant) iş yeri təklif edilib. Təklif edilən iş yerlərinin 102-si fəhlə, 139-u qulluqçu, 10-u isə xidməti işlər olub. Həmin boş iş yerlərindən 179-u dövlət, 44-ü qeyri-dövlət, 28-i isə fiziki şəxslər tərəfindən təklif edilib. Təklif olunan iş yerləri üçün orta aylıq əmək haqqı 110 manatdan 621 manatadək olub.

Əmək yarmarkasında ən çox - 130 boş iş yeri rayon mərkəzi xəstəxanası tərəfindən təklif edilib. Habelə “AzQranata” MMC, su-kanal idarəsi və bir sıra digər təşkilatlar da əmək yarmarkasına xeyli iş yerləri ilə çıxıblar.

Tədbirin keçirildiyi müddətdə 72 nəfərə isə göndəriş verilib. Bunlardan da 37 nəfəri özəl müəssisə və təşkilatların payına düşüb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm