Şaxtalı havada evimizi necə qızdıraq?
Bizi izləyin

Qırmızı.az

Şaxtalı havada evimizi necə qızdıraq?

Şaxtalı havada evimizi necə qızdıraq?

Havaların soyuması təkcə buzda sürüşənlər, travma alanlarla yadda qalmadı. Bu günlərdə əhalinin mənzilləri isitmək baxımından ciddi problem yaşadıqları müəyyən oldu.

Məsələ təkcə sadə insanlar yox, ölkənin tanınmış şəxsləri nümunəsində gündəmə gətirildi. Əvvəlcə xlaq artisti Alim Qasımov qarlı-şaxtalı havada Güzdəkdə əhalinin donduğunu bildirmişdi.

Xalq artistinin evində problem həll olduqdan sonra başqa bir muğam ifaçısı, əməkdar müəllim Qəzənfər Abbasov da işıqların vaxtaşırı sönməsindən şikayətçi oldu. O Abşeron rayonu Ceyranbatan qəsəbəsində evinin qızdırılmasında problem yaşadıqlarını bildirib.

Evlərin qızdırılması problemi xüsusən fərdi yaşayış evlərində müşahidə edilir. Ev sahibləri çox zaman qanunsuz tikdikləri evlərini kommunal xidmətlərlə təchizatında problem yaşayırlar. Bu problem daha çox həmin xidmətlərdən qeyri-qanuni istifadə edirlər. Həyət evlərinin istiliklə təchizatında mövcud problemləri necə həll etmək olar?

M.B.A LTD şirkətinin rəhbəri Nüsrət İbrahimov Publika.Az-a açıqlamasında Bakı şəhərində evlərin istiliklə təchizatı baxımından problemin yalnız fərdi yaşayış evləri yox, hündürmətəbəli binalarda da müşahidə edildiyini dedi:

“Mərkəzləşmiş istilik sistemi olan ərazilərdə belə bu iş effektli təşkil edilmir. Qüvvədə olan normativlərə görə, yaşayış sahəsində istilik sistemi ən aşağısı 22-23 dərəcə temperaturda stabil saxlanmalıdır.

Amma mövcud sistemlər temperaturu ən yaxşı halda 18 dərəcəyə qaldıra bilir. Bu sistemin özünün düzgün işləməməsi də problem yaradır. İstilik sistemlərində dövr edən su 70 dərəcədə olmalıdırsa, hazırda 50 dərəcədən də az olur. Öncəliklə bu problem həll edilməlidir”.

Onun sözlərinə görə, problem yalnız dövlət qurumlarında deyil. Ev sahibləri də bu məsələdə məsuliyyət daşıyır:

“Tikinti normalarının pozulması da, evin qızdırılmasında birbaşa rol oynayır. Bu qaydalara əsasən evlər elə tikilməlidir ki, qışda isti, yayda sərin olsun. Bizdə isə istər fərdi, istərsə də kütləvi tikintilərdə bu normalar pozulur, yaxud ümumiyyətlə nəzərə alınmır.

Həmin qaydalara əməl edilsə, evin qızdırılması və sərinləşdirilməsi üçün əlavə enerjiyə də ehtiyac olmayacaq. Bir sıra Avropa ölkələrində tikinti aparılarkən bu məsələyə xüsusi diqqət ayrılır. Hətta həmin evlərin insan nəfəsi ilə qızdırılması mümkün olur”.

N.İbrahimovun sözlərinə görə, ölkəmizdə bu məsələyə olan biganə münasibət Sovet dövründən qalıb. Çünki həmin illərdə enerji daşıyıcıları ucuz olduğundan fikir verilmirdi.

Fərdi evlərin mərkəzləşmiş qaydada qızdırılmasına gəldikdə isə N.İbrahimov hazırkı durumda bunun real olmadığını dedi:

“Birinci növbədə hündürmərtəbəli binalarda bu sistem qurulur. Təbii ki, həmin binalarda proses başa çatdıqdan sonra fərdi evlərdə də bu işin təşkilinə qayıtmaq olar. Bunun üçün əvvəlcə həmin evlərin sənədləşdirilmə işləri tam başa çatmalı, qeydiyyata alınmalıdır.

Kommunikasiya, kanalizasiya sistemləri qurulduqdan sonra rayon-rayon mərkəzləşmiş qaydada istilik sistemləri tikmək olar. Bu gün isə hər kəs fərdi qaydada evlərini isidir ki, bu da artıq enerji itkisinə səbəb olur”.

N.İbrahimova fərdi mənzillərin qızdırılması üçün alternativ enerji mənbələrindən istifadə edilməsinə də münasibət bildirdi. Onun sözlərinə görə, bu enerji mənbələri çox baha olduğundan, həmin vasitələrdən istifadə ənənəsi yoxdur:

“Bu enerji istehsalçıları həmin vasitələri öz evlərin istifadə etmirlər. Buna görə də digər insanlar da onun faydalılığına inanmır. Həmçinin bu enerji növləri ilə müqayisədə ənənəvi enerji mənbələri ucuz olduğuna görə də diqqət çəkmirlər.

Evlərin keçmiş qaydaya əsasən odun peçləri ilə qızdırılması isə çox çətindir. Çünki odun təchizatı çox aşağı səviyyədədir. Ucqar bölgələrdə bu cür təzhizat aparılsa da, həmin bölgələrin də qazlaşdırılması prosesinə başlanılır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm