• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Alimlər Bilik Fondunda

Alimlər Bilik Fondunda

Bilik Fondunda Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, Beynəlxalq Şərq Neft Akademiyasının həqiqi üzvü İdris Rzabəyov və ADNA-nın Ümumi, tarixi geologiya və hidrogeologiya və neft-mədən geologiyası kafedrasının dosenti İslam Tağıyevlə görüş olub. Bilik Fondundan Publika.az-a verilən məlumata görə, görüş “Əsrin müqaviləsi”nin imzalanmasından 20 ili münasibətilə keçirilib.

Qonaqlar Azərbaycanın neft sənayesinin tarixi və müasir inkişafı barədə ətraflı məlumat veriblər. Əsrin müqaviləsinin imzalanmasında ümummili lider Heydər Əliyevin rolunu xüsusilə vurğulayan qonaqlar Azərbaycan neftinin tarix boyu dünya iqtisadiyyatına və energetikasına verdiyi töhfədən danışıblar.

"Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkətinin iştirak etdiyini xatırladan İslam Tağıyev bu müqavilənin sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdığını deyib.

Tədbirdə AMEA-nın gənc alimlərindən Zeynəddin Şabanov, İlham Soltanov, Ağasəlim Həsənov, sosioloq Əhməd Qəşəmoğlu, Bilik Fondunun əməkdaşları və könüllü tələbə qrupunun üzvləri iştirak ediblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR