Qənirə Paşayeva türk gəncləri Qarabağ həqiqətlərinin təbliğində fəal olmağa çağırıb.
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva türk gəncləri Qarabağ həqiqətlərinin təbliğində fəal olmağa çağırıb.

Millət vəkili Qənirə Paşayeva Azərbaycanda səfərdə olan Türkiyəli gənc fəalları Qarabağ həqiqətlərinin təbliğində fəal olmağa çağırıb.

Millət vəkili Qənirə Paşayeva Azərbaycanda səfərdə olan Türkiyəli gənc fəalları Qarabağ həqiqətlərinin təbliğində fəal olmağa çağırıb.

"Buradan döndükdən sonra hər birinizin Azərbaycanın könüllü böyükelçisi olacağını gözləyirik".

Millət vəkili Qənirə Paşayevanın və İstanbulda mərkəzi ofisi yerləşən, qardaş ölkədə təhsil alan azərbaycanlı tələbə-gəncləri birləşdirən AZEDER təşkilatının təşəbbüsü, təşkilatçılığı ilə Azərbaycanda tanışlıq səfərində olan Türkiyəli gənc fəallardan ibarət 30 nəfərlik qrup üzvləri ABAİ İB İdarə Heyəti üzvləri ilə görüşüblər.

Milət vəkili, ABAİ İB sədri dr.Qənirə Paşayeva, qardaş ölkədən gəlmiş hər bir insanın Azərbaycan vətəndaşları üçün əziz, doğma olduğunu lakin əgər gələn insan Azərbaycanı da özününkü bilən, bütün Türk Dünyasına könül vermiş perspektivli bir gəncdirsə, bu əzizlik, doğmalıq daha dərin məna kəsb etdiyini deyib.

Zəngin proqram əsasında gerçəkləşən belə səfərlərin çox anlamlı olduğunu, orta tarixə sahiblənməyimiz, bugünün sevincidə, kədərində ortaqlaşmamız və ortaq gələcək inşa etməmizdə böyük önəm daşıdığını vurğulayıb.

Millət vəkili qonaqlara Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib.

Sizin hər birinizi buradan döndükdən sonra özünüzü Azərbaycanın könüllü bir böyükelçisi, səfiri kimi hiss etmənizi və Azərbaycanı həm qardaş Türkiyədə həm də getdiyiniz hər yerdə daha geniş tanıtmaq, həqiqətlərini daha geniş təbliğ etmənizi gözləyirik və inanıram ki, bu belə də olacaq.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizədə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyib və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməkdə fəal olmağa çağırıb.

Millət vəkili Qənirə Paşayeva Türkiyəli gənc fəallara virtual məkanın imkanlarından geniş istifadə etməyə səsləyib və bu məkanın gücündən necə istifadə edərək daha güclü təbliğat aparma yollarından danışıb. Qardaş ölkə gənclərinin nümayəndələri qəbul üçün, Azərbaycana səfərin təşkilində göstərdiyi təşəbbüs və dəstək üçün xanım millət vəkilinə təşəkkür edib, respublikamıza səfərin ilk günündən aldıqları təəssüratları bölüşüblər.

Millət vəkili Qənirə Paşayeva gənclərə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar təqdim edib

Oxumağa davam et
Reklam
Reklam

Gündəm