Ata 4 il qızını ananın gözü qarşısında zorladı – ŞOK TƏFƏRRÜATLAR
Bizi izləyin

Qırmızı.az

Ata 4 il qızını ananın gözü qarşısında zorladı – ŞOK TƏFƏRRÜATLAR

Antalyada 20 yaşındakı ruhi xəstə qızına təcavüz edən atanın polisdəki ifadəsi hamını şoka salıb.

Qızına təcavüz edən ata doğulan 3 körpəni öldürüb.

E.E. polisdə verdiyi ifadədə qızına 14 yaşından bəri təcavüz etdiyini, 6 ildə qızının 3 uşaq dünyaya gətirdiyini deyib.

Onlardan biri ölü doğulduğundan yaşadığı evin həyətində basdırılıb. Digər iki uşağı isə küçəyə ataraq qaçıb.

Təcavüz edilən qızın anası da polisdə dindirilib. Ana atası tərəfindən qızın zorlandığını etiraf edib. Ana C.E. ərinin hər gecə evə sərxoş gəldiyini və onları döydüyünü deyib:

“Qorxduğumuz üçün səsimizi çıxarmırdıq. Bəzən elə mənim gözümün qarşısında qızımı zorlayırdı”.

Ata barəsində zorlama və qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Qəribədir ki, polis zorlanan qıza da cinayət işi açıb. Qız və anası cinayəti gizlətməkdə ittiham olunurlar.

Ailənin digər iki azyaşlı qızı isə uşaq evinə verilib.

Xatırladaq ki, Antalyada tikinti şirkətində rəngsaz işləyən atanın əqli qüsurlu qızını zorladığı iddia olunurdu. Hadisə qonşuların polisə şikayəti nəticəsində ortaya çıxıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm