“Qatil ayaqqabı”lar və ya təhlükəli gözəllik - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Qatil ayaqqabı”lar və ya təhlükəli gözəllik - FOTOLAR

Nyu-Yorkda yerləşən Bruklin muzeyində “qatil ayaqqabılar” sərgisi keçirilir. Publika.az-Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, sərgidə XVII əsrdən indiyə qədər olan çox hündür dabanlı ayaqqabılar nümayiş olunur. Hündür dabanları təkcə kişilərə sehrli təsirinə görə deyil, həm də qadınların ayaqlarında ağır fəsadlara yol açdığına görə, “öldürücü” adlandırırlar.

Bu ayaqqabıların əksəriyyəti özündə keçmiş tarixi yaşadır. Onlar xüsusi dizaynerlər tərəfindən hazırlanır və moda nümayişlərində və gecələrdə istifadə olunurdu.

Sərgi sentyabrın 10 - dan 2015-ci ilin fevralına qədər keçiriləcək. Burada təxminən 160-a yaxın model nümayiş olunacaq. Qədim ayaqqabılardan əlavə, sərgidə müasir “Christian Louboutin”, “Manolo Blahnik”, “Chanel”, “Vivienne Westwood” və “Alexander McQueen” kimi brendlərə məxsus modellər də yer alacaq.

Müasir ayaqqabılarda da qədim elementlər öz əksini tapır. XVII əsrə aid məşhur ayaqqabıları yalnız zadəgan nəslindən olan ailələrin qadınları geyinə bilirdilər. Həmin ayaqqabılar əsasən 18 santimetr hündürlüyündə olurdu. Qadınlar bəzən geyindikləri ayaqqabıları qızıl və müxtəlif bəzəklərlə də bəzəyərdilər. Hətta bəzi ayaqqabıların üzərində çox maraqlı və incə əl işləmələri də olurdu.

Mütəxəssislər hesab edirlər ki, “şpilka” dabanlı ayaqqabılar geyinən xanımlar kişiləri daha çox cəlb edir. Hündür dabanlı ayaqqıbılarda qadınlar özlərini göylərdəki kimi hiss edirlər.

Lakin muzeydə belə qədim və hündür ayaqqabılarda gəzməyə icazə verilmir. Buna səbəb isə, dəfələrlə qırmızı xalça üzərində qadınların yıxılmasıdır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm