Tibbdə yenilik - iynə ilə damar axtarmağa son
Bizi izləyin

Qırmızı.az

Tibbdə yenilik - iynə ilə damar axtarmağa son

Türk alimlərindən yenilik var. Artıq iynə vurmaq üçün damar axtarmağa ehtiyac olmayacaq.

Alimlərin yeni kəşfi damar axtarmaq prosesini aradan qaldırır. Publika.az-ın Türkiyə mətbuatına isatinadən verdiyi xəbərə görə, alimlər xərçəng xəstələri, artıq çəkili insanlar və uşaqlar üçün xüsusi sprey icad edib.

Kəşfi Türkiyə universitetinin müəllimləri edib. Bundan sonra damara iynə vurmaq daha ağrısız və asan olacaq.

Alimlərin araşdırmasına görə, dünyada həkimlər iynə vurmaq üçün orta hesabla hər dəfə damarı 2.5 dəfə yaralayırlar. Hətta bəzi xəstələrdə 10 cəhddən sonra belə, damarı tapmaq mümkün olmur. Damarın bir neçə dəfə zədələnməsi həmin yerdə infeksiyalaşmaya və bir sıra xəstəliklərə səbəb ola bilər.

Yeni kəşf edilən sprey hər yerdə istifadə edilə bilər. Sprey dəriyə çəkildikdən qısa bir müddət sonra gelə çevrilir və damarlar aydın görünür. Bu da lazımı damarın tapılmasını asanlaşdırır. Sprey su ilə yuyularaq təmizlənə bilir.

Alimlər spreyin içərisindəki maddənin heç bir kanserogen təsirinin olmadığını bildiriblər. Onların sözlərinə görə, bu yenilik yalnız Türkiyə deyil, bütün dünya üçün önəmli tibbi yenilikdir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm