Qumbaşı körpüsü açıldı
Bizi izləyin

Qırmızı.az

Qumbaşı körpüsü açıldı

Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində inşa edilmiş körpü əsaslı təmirdən sonra istifadəyə verilib.

Publika.az xəbər verir ki, “Körpü-Bina” tikinti şirkətinin inşaatçıları körpünün sütünlarında təmir-bərkitmə işlərini qısa müddətdə başa çatdırıblar.

Körpünün üzərinə yeni asfalt örtüyü salınıb, nəqliyyat vasitələrinin mənzil başına rahat çatmaları üçün lazımi şərait yaradılıb.

1955-ci ildə inşa olunan körpünün dayaq və tavan hissələrində qəza vəziyyəti yarandığına görə sentyabrın 12-də burada əsaslı təmir və bərpa işlərinə başlanılıb.
Körpüdə əsaslı təmir işləri aparıldığı müddətdə avtonəqliyyat vasitələri Lənkəran-Boradigah və Boradigah-Masallı yolundan istifadə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm