• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Dünya Gömrük Təşkilatının 10-cu PICARD konfransı Bakıda keçiriləcək

Dünya Gömrük Təşkilatının 10-cu PICARD konfransı Bakıda keçiriləcək

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi 9-cu Beynəlxalq PICARD konfransı işini yekunlaşdırıb.

Komitədən Publika.az - a verilən məlumata görə, konfransın açılışında Dünya Gömrük Təşkilatının (DGT) baş direktoru Kunio Mikuriya beynəlxalq ticarətin asanlaşdırılması üzrə həyata keçirdikləri layihələr və tədbirlər haqqında geniş məlumat verərək PICARD-ın fəaliyyətini müsbət qiymətləndirib.

Konfransda Beynəlxalq Gömrük İnstitutları Şəbəkəsinin (INCU) katibi Mixail Kaşubskinin təqdimatında INCU-nun Bakı şəhərində keçirilmiş beynəlxalq konfransı haqqında geniş məlumat verilib və qəbul edilmiş Bakı Bəyannaməsinin müddəaları açıqlanıb. Eyni zamanda, təqdimatda xalqımızın mədəniyyətini, adət və ənənələrini özündə ehtiva edən konfransın mədəni proqramı haqqında müxtəlif slaydlar göstərilib.

Konfransın sonuncu günü isə DGT Katibliyinin araşdırmalar üzrə fəaliyyəti, qurumun tədris və inkişaf təşəbbüsünün fəaliyyəti, beynəlxalq ticarətin asanlaşdırılmasında INCU-nun rolu və PİCARD-ın Məşvərət Qrupu üzvlərinin yenidən seçilməsi kimi məsələlər müzakirə olunub.

Tədbirin sonunda 10-cu Beynəlxalq PICARD konfransının Bakıda keçiriləcəyi elan edilib. Bununla əlaqədar Azərbaycan nümayəndə heyətinin rəhbəri Aydın Əliyevin çıxışı dinlənilib. Konfrans iştirakçılarına Azərbaycanın inkişafı, o cümlədən gömrük xidmətinin nailiyyətləri barədə film təqdim edilib

Xəbər lenti

DAHA ÇOX XƏBƏR