Əsrimizin sonunda Yer kürəsi əhalisinin sayı 12,3 milyard nəfərə çatacaq
Bizi izləyin

Qırmızı.az

Əsrimizin sonunda Yer kürəsi əhalisinin sayı 12,3 milyard nəfərə çatacaq

Alimlər planetdə demoqrafik vəziyyət barədə yeni proqnoz veriblər. “Science” jurnalı yazır: BMT və Vaşinqton Universiteti mütəxəssislərinin yeni tədqiqatına görə, 2100-cü ilədək Yer kürəsi əhalisinin sayı 80 faiz ehtimalla 9,6-12,3 milyard nəfərə çatacaq.

Demoqraflar güman edirlər ki, əhalinin artımı əsasən Afrika ölkələri sayəsində olacaq. Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində əsrin sonunadək əhalinin sayının dörd dəfə artaraq təqribən 4 milyard nəfərə çatacağı gözlənilir. Alimlər hesab edirlər ki, 2050-ci ildə Asiya ölkələrində 5 milyard adam yaşayacaq, lakin sonrakı dövrdə demoqrafik tənəzzül gözlənilir. Avropa və Şimali Amerika isə əhalinin artımına çox kömək göstərməyəcək.
Bundan başqa, tədqiqatın nəticələri göstərir ki, dünyanın bütün ölkələrində əmək qabiliyyətli və ahıl yaşlı insanların say nisbətinin xeyli azalacağı gözlənilir.

Əvvəllər demoqraflar belə güman edirdilər ki, Yer kürəsində əhalinin sayı 9 milyarda yaxınlaşdıqdan sonra sabitləşmə və ya azalma başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm