Deputat: “Məhdud vaxt Rusiyadan gələnlərə problemlər yaradır”
Bizi izləyin

Qırmızı.az

Deputat: “Məhdud vaxt Rusiyadan gələnlərə problemlər yaradır”

“Sərhəd-keçid nöqtələrində Miqrasiya Xidmət Məntəqəsinin yaradılması həm vətəndaşlara, həm də xidmətin özünə çox faydalı olacaq”.

Bunu Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa payız sessiyasında müzakirəyə çıxarılacaq sərhəd-keçid nöqtələrində Miqrasiya Xidmət məntəqələrinin yaradılması ilə bağlı irəli sürdüyü təklifin mahiyyətinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, yeni təklifə əsasən vətəndaşlar hava , dəmiryolu, avtomobil yolu ilə sərhəd nöqtələrində olan zaman 24 saat ərzində fəaliyyət göstərən miqrasiya xidmətinə yaxınlaşaraq, 3 gündən artıq qalacağı ilə bağlı məlumat verməlidir:

“Əldə olunan məlumatlar dərhal xidmətin məlumat bazasında yerləşdirilir. Belə olan təqdirdə artıq miqrasiya qurumlarını axtarmağa, hansısa məntəqəyə daxil olmağa ehtiyac qalmayacaq. Yuxarıda qeyd etdiyimiz kimi məlumatlar sözügedən qurumun məlumat bazasında yerləşdirilmiş olduğundan, hansısa sənədə də lüzum qalmayacaq. Bu həm vətəndaşa, həm də xidmətin özünə çox faydalı ola bilər. Sistemləşdirilmiş məlumat sayəsində isə artıq kimin harda, necə yaşayacağı öncədən bəlli olur. Bu da əlbəttə ki, yaşayış yerinin vaxtında təyin etmiş şəxslərə aiddir. Bu, birinci və əsas məsələdir. O ki qaldı ikinci məsələyə-müddətin uzadılmasına , hesab edirəm ki, üç gün yetərli müddət deyil. Çünki Rusiya və hansısa başqa ölkələrdən yas mərasimi ilə əlaqədar gələnlərə məhdud vaxt problemlər yaradır. Bu baxımdan da müddətin uzadılması vətəndaşa işlərini rahat şəkildə yoluna qoymaq üçün şərait yaradaraq eyni zamanda şənbə və bazar günü problemlərini də aradan qaldırmış olacaq”.

Fazil Mustafa onu da qeyd etdi ki, sözügedən məsələ asan bir iş deyil. Çünki söhbət yeni xidmətin açılmasından gedir:

“Vətəndaşın ölkəmizə rahat gələ bilməsi baxımından sözügedən təklifin çox faydalı olacağını düşünürəm. Qarşıdan olimpiya oyunlarının yaxınlaşması bu istiqamətdə addımları sürətləndirəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm