Sığınacaqlara 618 nəfər müraciət edib
Bizi izləyin

Qırmızı.az

Sığınacaqlara 618 nəfər müraciət edib

Sığınacaqlara 618 nəfər müraciət edib

Bakının ayrı-ayrı rayonlarında və Sumqayıt şəhərində təşkil edilən müvəqqəti sığınacaqlardan istifadə edənlərin sayı ümumilikdə 618 nəfərə çatıb.

Bu barədə Publika.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ölkə ərazisində qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə əlaqədar təşkil olunan sığınacaqlara ehtiyacı olan, lakin gələ bilməyən şəxslər barəsində 142-Qaynar xətt və ya müvafiq icra orqanları vasitəsilə məlumatlar alınaraq onların da qısa müddətdə sığınacaqlara gətirilməsi təmin edilib.

Onlardan 100 nəfəri Xətai, 205 nəfəri Nərimanov, 121 nəfəri Nəsimi, 82 nəfəri Nizami, 48 nəfəri Yasamal, 62 nəfəri isə Sumqayıt şəhərindəki sığınacaqdan istifadə edib. Həmin vətəndaşlar sığınacaqlarda 24 saat ərzində yataqla, istiliklə, gün ərzində 3 dəfə isti qidalarla təmin olunub, ehtiyac duyanlara tibbi xidmət göstərilib.

Yanvarın 31-dən etibarən təşkil edilən sığınacaqlardan istifadə edənlərin böyük qismi açıq havada səyyar işləyənlər və rayondan müvəqqəti olaraq Bakıya gələrək yenidən öz rayonuna qayıtmaqda çətinlik çəkənlər olublar.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm