Azərbaycanda fəhlələrin maaşı artıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda fəhlələrin maaşı artıb

İnşaat və tikinti bölməsində çalışanların əmək haqqları artıb.

Bu barədə Axar.az-a Dövlət Statistika Komitəsindən məlumat veriblər. Məlumata görə, tikinti sektorunda çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artaraq 625,1 manat təşkil edib. İxtisaslaşdırılmış tikinti işlərində çalışan işçilərin əmək haqları isə 21,3 faiz artıb.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında inşaat bölməsində çalışmış işçilərin orta sayı 97,4 min nəfər olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm