Öldürülənlərin ruhu erməni əsgərləri necə qorxutdu
Bizi izləyin

Qırmızı.az

Öldürülənlərin ruhu erməni əsgərləri necə qorxutdu

Dünya tarixində çox faciəli hadisələr baş verib.


Müharibələr, təbii fəlakətlər milyonlarla insanın həyatına son qoyub. Ekstrasenslər və polterqeytslə məşğul olan ekspertlər deyirlər ki, əsasən də böyük döyüşlərin baş verdiyi ərazilərdə neqativ enerji qalır. Bu enerji hər atılan güllədən, vurulan qılınc zərbəsindən sonra çoxalır.


Döyüşün sonunda qara enerji pik həddinə çatır. Bundan qaçmaq mümkün deyil.



Burada yaşamaq olmaz

Böyük döyüşlərin baş verdiyi ərazilər yaşayış üçün yararlı deyil. Hətta skeptiklər belə bilirlər ki, bu, insan üçün təhlükəlidir. Belə yerlərdə ev inşa edənlər orada çox qala bilmir, evini tezliklə tərk etməli olur. Təsəvvür edin, qəfildən güllə səsləri, bomba partlayışları, qışqırıq eşidirsiniz. Halbuki ətrafda heç bir döyüş əməliyyatı getmir.


Döyüşdə ölən əsgərlərin çoxu düz-əməlli dəfn edilmir. Çoxu qurd-quşa yem olur. Qədim əlyazmalarda deyilir ki, əsgərlərin ruhları öldükdən sonra da bir-biri ilə vuruşur. Çünki öldüklərinin belə fərqində olmurlar.

Elə əsgər ruhları var ki, 2 min ildən çoxdur döyüşürlər. Bunlar narahat ruhlardır. Qayda-qanunla basdırılmadıqlarından ruhları rahatlıq tapmır.



Ruhlar təhqir etmək olmaz


Əgər ruhla qarşılaşmısınızsa, onu təhqir etmək, qorxub söymək olmaz. Səlnaməçilər yazırlar ki, bu, insan üçün təhlükə yarada bilər. Deyilir ki, Troya qoşunlarına komandanlıq etmiş, Axilleslə döyüşdə öldürülmüş, meyiti təhqir olunmuş əfsanəvi döyüşçü Hektorun da ruhu tez tez görünür. Bir dəfə onun ruhunu bir yeniyetmə görmüşdü. Oğlan qorxudan söyərək özünü çaya atmışdı. Hektorun ruhu onu suda batırdı. Bu hadisəni Yunanıstanda hər kəs bilir.


Yunanlarla bağlı daha bir maraqlı məlumat var. Osmanlı imperiyası dağılanda Avropa ölkələri birləşərək Türkiyəyə hücum çəkmişdilər. Cəbhələrin birində türk və yunan qoşunu üz-üzə durub atışırdılar. Səngər müharibəsi gedirdi. Birdən ortalığı toz-duman bürüdü. Türk və yunan əsgərlər atışmanı saxladılar. Görəsən, gələn kim idi, hansı tərəfə kömək gəlirdi?

Birdən gələnlər göründü, həm yunanlar, həm də türklər heyrətdən donub qalmışdılar. Yolla böyük bir qoşun gəlirdi. Bu, adi qoşun deyildi. Qılıncları, qalxanları, nizələri olan qoşun. Paltar və yaraq-əsləhədən X əsrdəki səlib yürüşçülərini xatırladırdılar. Böyük bir qoşun səssiz-səmirsiz yunan və türk döyüşçülərin ortasından keçdi. Sonra duman kimi yoxa çıxdılar.



Ermənilər postun yerini niyə dəyişdilər?


Azərbaycanda da belə hadisələr baş verir. Bir neçə il əvvəl cəbhə bölgələrindən birinə getmişdim. Orada yerli əhalidən eşitdiklərimi heç vaxt unutmayacağam. Sən demə, bizim və erməni postlarının arasında 4 nəfərin adsız məzarı var. Birinci Qarabağ savaşı zamanı həmin yerdə ermənilər vəhşicəsinə bir azərbaycanlı ailəsini doğrayıblar. Sonradan öldürülənlərin meyitləri elə orada basdırılıb.


İndi gecələr burada qışqırıq, tank, bomba səsləri eşidilir. Halbuki məhz bu ərazidə atəşkəs çox nadir halda pozulur. Sakinlər ağ paltarlı qulyabanılar gördüklərini deyirlər. Məzarlar erməni postuna daha yaxın olduğundan, qorxunc səslərdən bir neçə erməni əsgərinin dəli olduğu deyilir. Qorxudan ermənilər postun yerini dəyişirlər.


Öldürülənlərin ruhu hələ də viran qalmış evlərinin ətrafında gəzib-dolaşmaqdadır.



İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm