• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Dənizdə boğulan uşağını qoyub qaçan ana - ŞOK OLAY

Dənizdə boğulan uşağını qoyub qaçan ana - ŞOK OLAY

İstanbulda dənizdə meyiti tapılan şəxsin 16 yaşındakı İ.E. olduğu müəyyənləşib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis təhlükəsizlik kameralarına baxarkən gördüklərindən şoka düşüb.

Görüntülərdən məlum olub ki, 16 yaşlı yeniyetmə dəniz sahilinə anası ilə birlikdə gedib. Onlar sahildə oturub dənizi seyr edərkən yeniyetmə qəfil suya düşüb.

Bu hadisəni görən ana isə dərhal ərazidən qaçaraq uzaqlaşıb. Nəticədə isə, 16 yaşlı İ.E. boğularaq ölüb.

Ana Z.E. evində həbs olunub.

O, polisə ifadəsində hadisəni təsdiqləyib. Ana qorxduğundan qaçdığını deyib. O, hadisə barədə polisə də xəbər verməyib.

Tutulan qadın həbsxanaya göndərilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR