Şamaxıda ağır yol qəzasında ölənlərdən biri jurnalistdir (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Şamaxıda ağır yol qəzasında ölənlərdən biri jurnalistdir (YENİLƏNİB)

Publika.az-a daxil olan məlumata görə, qəzada ölən şəxslərdən biri jurnalist olub. Həmin şəxs “Türküstan” qəzetinin saytının redaktoru Fuad Abdürrəhmanlıdır.

Mərhum bu gün Şəkidə dəfn ediləcək.

09:07

Fövqəladə Hallar Nazirliyi Şamaxı-İsmayıllı yolunun 128-ci kilometrliyində xeyli sayda insan itikisi ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Publika.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Şamaxı-İsmayıllı yolunun 128-ci kilometrliyində yol nəqliyyat qəza hadisəsi baş verib. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "Kamaz" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub, minik avtomobilində sürücü və 3 nəfər sərnişin qəza nəticəsində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və 3 nəfər sərnişinin cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:33-də başa çatıb.

Amid Əyyuboğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm