Nazirlik Xəzərin sahilində iməcilik keçirəcək
Bizi izləyin

Qırmızı.az

Nazirlik Xəzərin sahilində iməcilik keçirəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabrın 22-dən 27-dək “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub 955 kilometrlik sahil zolağında iməcilik keçirəcək.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iməcilik Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində keçiriləcək.

Tədbirdə vətəndaşların, yerli icra strukturlarının, təhsil müəssisələrinin və KİV nümayəndələrinin iştirakı ilə iməciliklərin, dəyirmi masaların keçirilməsi, həmçinin Xəzərin bioresurslarının artırılması istiqamətində Azərbaycan Hökuməti tərəfindən görülmüş işlər barədə iştirakçıların məlumatlandırılması nəzərdə tutulub.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara uyğun olaraq 1978–ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi “Beynəlxalq Dəniz günü” kimi qeyd olunur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm