“Əkrəm Əylisinin yolunu getmək istəyir” - Tarixçi alimlərin davası böyüyür
Bizi izləyin

Qırmızı.az

“Əkrəm Əylisinin yolunu getmək istəyir” - Tarixçi alimlərin davası böyüyür

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov institutun Tarix coğrafiyası şöbəsinin müdiri Fəridə Məmmədovanın ona qarşı ittihamlarına cavab verib.

Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov institutun Tarix coğrafiyası şöbəsinin müdiri Fəridə Məmmədovanın ona qarşı ittihamlarına cavab verib.

Deputat Y.Mahmudov Publika.Az-a açıqlamasında deyib: “Mənim o adama qarşı heç bir qərəzim olmayıb. Sadəcə olaraq Fəridə Məmmədova işə bir saat gəlmir. Mən isə bu məsələni heç yerdə qaldırmıram. Çünki bu olanda o dəqiqə Tarix İnstitutunu günahkar bilirlər. Ona görə də elə bir adamın olub-olmaması mənim üçün yoxdur. Təxminən 10 ildir ki, mənim o adamla da heç bir əlaqəm yoxdur. Mən onun adını heç yerdə də çəkməmişəm. Mən Oğuz türklərinin tayfasındanam. Bu gün bizim tayfamızın Oğuzda 18 kəndi var, Qanıq adı da mənim tayfamdandır. Mənim tayfam vaxtilə Göyçə gölü ətrafında da kəndlər salıb. Bundan əlavə Culfada Göynük, Türkiyənin Bolu vilayətində Göynük, Biləzik kəndləri var. Yəni, mənim köküm budur. Dədəm 1930-cu ilin üsyan başçısı olub.

İndi Fəridə gəlib ağlına gələni danışır. Ancaq mən o adamı tərcümeyi-halımdan silmişəm. Çünki o adam bir kitab buraxıb və orada Azərbaycanı “Böyük Ermənistan”ın tərkibinə qatıb. Bu cür xəritələr də çap edib. Kitabı da bilinmir ki, harada çap olunub. Ola bilsin ki, kitab ya Tehranda, ya da İrəvanda çap edilib. Bu adam dinc dayana bilmir, onun arxasında müəyyən qüvvələr var və xaricə arxalanır, Qarabağı erməniləşdirir və sairə.

Bu adam Əkrəm Əylisinin yolunu getmək istəyir. Fəridə gedib kitabını vərəqləyib orada xəritəyə baxsın, görəcək ki, orada Azərbaycanı “Ermənistan”ın içərisinə salıb. Bu adam onun cavabını verməlidir. O vaxt da mən bu məsələləri ondan tələb etmişəm. Ona sual vermişəm ki, axı siz niyə Vətənə xəyanət edirsiniz? Xalq sizə mənzil, ad, dövlət mükafatı və sairə verib. Bundan sonra o gedib hay-həşir saldı. Sonra onu Aviasiya Akademiyasına çağırıb orada kafedra da açıblar. Eyni zamanda Tarix institutunda da yarım ştat şöbə müdiridir. Mən o vaxtı buna etiraz etdim ki, bir adam eyni vaxtda iki yerdə müdir ola bilməz. Mənə dedilər ki, Yaqub müəllim, işin olmasın, icazə ver işləsin. İndi də işləyir, bir saat da gəlmir, ancaq Tarix institutundan maaşını alır. Ondan sonra da mən onun haqqında bir məqalə də yazmamışam. Mən onun hara qulluq etdiyini də bilmirəm. Görünür, mənim ermənilərin əleyhinə və həqiqət olan faktları yazmağım onun xoşuna gəlmir. Ona görə də mənə qarşı ittihamlar səsləndirir”.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Tarix coğrafiyası şöbəsinin müdiri, Akademiyanın müxbir üzvü Fəridə Məmmədova institutun direktoru, millət vəkili Yaqub Mahmudovu ittiham edib.

Aaznews.az-a müsahibə verən Fəridə Məmmədova Tarix İnstitutundan uzaqlaşdırılması ilə bağlı ciddi kampaniya aparıldığını bəyan edib:

“Yaqub Mahmudov onu dəstəkləyənlərə arxalanaraq, yaşadığım binanın qarşısında aksiya təşkil etmişdi. Sonradan öyrəndim ki, aksiyaya gətirilən şəxslərin əsas hissəsi mənşəcə avar olublar. Bu Yaqub Mahmudov tərəfindən mənə qarşı aparılan məntiqsiz kampaniya idi. Çünki Yaqub Mahmudov mənşəcə avardır. Digər tərəfdən sonradan anladım ki, “Qafqaz Albaniyası və albanlar” kitabında avarların albanların nəslindən olmasını qeyd etməməyim Yaqub Mahmudovu qəzəbləndirib. Əsərdə alban nəsillərinin arasında udilərin, qrızların və sairə etnosların adları çəkilsə də avarların adı yox idi. Həm də bir çox tarixçilər avarların alban tayfalarından olmasını iddia edirlər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm