Qardaşı arvadını bıçaqladı
Bizi izləyin

Qırmızı.az

Qardaşı arvadını bıçaqladı

Bakıda kişi qardaşı arvadını bıçaqlayıb.

Bakı şəhər Baş Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, dünən saat 16:30 radələrində şəhərin Dağıstan küçəsində yaşayan Qalib Mikayılov ailə münaqişəsi zəminində qardaşının həyat yoldaşı Zərnican Mürsəlovaya bıçaq xəsarəti yetirib.

Bu barədə məlumat daxil olan kimi Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları əməliyyat keçirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Qalib Mikayılov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm