"Sirena Motors"un qanunsuz lotereya keçirdiyi aşkarlanıb
Bizi izləyin

Qırmızı.az

"Sirena Motors"un qanunsuz lotereya keçirdiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununa və öz Əsasnaməsinə müvafiq olaraq lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini davam etdirir.

Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, QKDK tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində bəzi Çin avtomobil markalarının Azərbaycandakı rəsmi nümayəndəsi olan "Sirena Motors" MMC tərəfindən stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilmişdir.

QKDK “Sirena Motors” MMC tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm