• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Müalicə olunan məhkuma tiryək gətirdilər

Müalicə olunan məhkuma tiryək gətirdilər

Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsində cəza çəkən məhkum Bilal Fizuli oğlu Hacıyev görüşdən çıxarkən üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun əynində olan şalvarın cibindən şokolad kağızının içərisində sellofana bükülmüş xalis çəkisi 0,488 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Qeyd edək ki, Bilal Hacıyev Cinayət Məcəlləsinin 234.2 maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR