Şimşək çaxacaq, yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Şimşək çaxacaq, yağış yağacaq

Sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında gecə və səhər hava şəraitinin tutqun olacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, günün ikinci yarısında isə dəyişkən buludlu keçəcəyi ehtimal olunur. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Gündüz mülayim cənub küləyi əsəcək.Havanın temperaturunun gecə 17-20, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Bölgələrdə gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı, hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 23-ü axşamdan 25-i səhərədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əlverişsizdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm