Tələbələrin universitetə 275 min manat borcu var
Bizi izləyin

Qırmızı.az

Tələbələrin universitetə 275 min manat borcu var

Ölkədə ilk dəfə yaradılan SABAH qruplarında 7 baza ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət İqtisad Universiteti I yerdə dayanıb. SABAH qruplarına müraciət edən tələbələrin üçdə biri İqtisad Universitetini seçib.

Publika.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Dövlət İqtisad Universiteti rektoru Ədalət Muradov Elmi Şuranın iclasında deyib.

Rektor bildirib ki, buna görə də ADİU SABAH gənclərinin təhsil alacağı auditoriyalara fərqli yanaşıb.

Elmi Şurada ADİU-da kadr potensialını artırmaq məqsədilə görülən işlərdən də danışılıb. Bildirlib ki, universitetin “İşçilərin işə qəbulu və yerdəyişməsi” komissiyasına 309 nəfər müraciət edib. Onlardan 75 nəfərinin vəzifəsi artırılıb, 20 nəfərə yaxın xaricdə təhsil almış ərizəçi işə götürülüb. Bu sahədə işin davam etdiriləcəyi qeyd olunub.

İclasda oktyabrın 1-dən etibarən ADİU əməkdaşlarının əmək haqqlarının 15% artırıldığı bildirilib. Universitetin maliyyə bazası artdıqca əmək haqqlarının daha da yüksələcəyi vurğulanıb. 10 nəfər 75-80 yaşlı dosentin könüllülük prinsipi əsasında təqaüdə çıxacağı təqdirdə, bir illik əmək haqqlarının həmin gün onlara təqdim olunacağı bildirilib.

Şura üzvləri Xüsusi İstedadlar fakültəsinin 74 tələbəsinin 275 min manat həcmində yığılmış təhsil haqqı borcunu da müzakirə ediblər. Qərara alınıb ki, bu borc ADİU-nun vəsaiti hesabına ödənilsin.

Tədbirdə Ümumi İtqtisadiyyat fakültəsinin adı dəyişdirilərək, İqtisadiyyat və Sənaye fakültəsi adlandırılmasını təklif olunub. Təklif səsə qoyularaq qəbul edilib.

İclasda iyun ayından tələbələrin və universitet əməkdaşlarının müzakirəsinə verilən “İşçilərin universitetdaxili intizam qaydaları” ilə “Tələbələrin universitetdaxili intizam qaydaları” qəbul edilib. Bu qaydalar sentyabrın 22-dən qüvvəyə minib.

Elmi Şurada həmçinin ilin sonuna qədər universitetin ştat cədvəlinin hazırlanması, vətəndaşlarla işin daha da təkmilləşdirilməsi müzakirə olunub. Qərara alınıb ki, prorektorların qəbul günləri müəyyən olunaraq universitetin saytında yerləşdirilsin.

Şurada MBA-nın Magistratura Mərkəzindən ayrılaraq departament kimi fəaliyyət göstərməsi səsə qoyaraq qəbul edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm