Kənd sakininin həyətində küp qəbir aşkarlandı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Kənd sakininin həyətində küp qəbir aşkarlandı - FOTOLAR

Cəlilabad rayonu Abışabad ərazisində küp qəbirlərin nekropolu aşkarlanıb. Aşkarlanan nümunələr bizim eramızın birinci əsrinə aiddir. Təxminən yarım hektardan çox ərazini əhatə edir.

Bu barədə Publika.az-a açıqlamasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Cənub-şərqi Azərbaycan abidələrinin arxeoloji tədqiqi ekspedisiyasının rəisi Abuzər Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, küp qəbirləri bu ərazi üçün xarakterik tapıntıdır.

“5-6 il əvvəl ərazidə tədqiqat aparmışdıq, bir neçə küp qəbir təmizləmişdik. Bu dəfə isə kənd sakini həyətində iş görərkən, tapıntıları görüb və bu barədə bizə məlumat verib. İki möhtəşəm küp qəbir açıb, tədqiqat apardıq. Küp qəbirlərdə dəfn adətlərinin xarakterik xüsusiyyətini müəyyənləşdirməyə çalışdıq. Dəfnin icrası, basdırılan adamın yanına qoyulan bəzək və digər əşyaları götürdük. Qəbirlərdən əsasən, saxsı qablar aşkarlanıb, lakin onlar hamısı parçalanmış haldadır. Bu da il ərzində rayonda havaların quraqlıq keçməsi və sürüşmələrlə əlaqədardır. Laborator şəraitdə həmin tapıntıları bərpa edəcəyik. Bundan başqa, ərazidə tuncdan üzük, sırğalar, boyunbaqlar, müxtəlif materiallardan hazırlanmış muncuqlar aşkarladıq. Dəmirdən bir neçə nümunələr var. Lakin onlar rütubətdən korroziyaya uğrayıb, görünüşü dəyişib”.

A.Ələkbərov onu da əlavə edib ki, küp qəbirlər Cəlilabadda daha çox aşkarlanır.

“Ekspedisiya başlanandan bu günə qədər 50-ə yaxın belə abidə aşkar edilib. Bu tip abidələr əsasən, b.e.ə və b.e-nın ilk dövrlərinə təsadüf edir. Küp qəbirlər əsasən təsərrüfat işləri zamanı aşkarlanır, çünki onların yerüstü əlaməti olmur. Bölgə sakinlərinin illərlə üzümçülüklə məşğul olması, aparılan qazıntıların abidələrin müəyyən hissəsini məhv edib. Az bir hissəsi toplanıb muzeyə təqdim edilib”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm