• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Onu şərləyib tutduracağam - İlham Mirzəyevin İTTİHAM AKTI

Onu şərləyib tutduracağam - İlham Mirzəyevin İTTİHAM AKTI

Xəbər verildiyi kimi, Nərimanov rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyi ilə teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəməsi davam etdirilir. İ.Mirzəyevin hüquqlarını vəkillər Xanlar Bayramzadə və İkram Abdullayev müdafiə edir. Qeyd etdiyimiz kimi, “Təzadlar” İlham Mirzəyevin törətdiyi cinayət əməlini əks etdirən İttiham Aktını əldə edib. Aşağıda həmin sənədin 5-ci hissəsini təqdim edirik:

Əvvəli bu linklərdə:

http://publika.az/p/41707

http://publika.az/p/42157

http://publika.az/p/42596

http://publika.az/p/43001


İTTİHAM AKTI


“Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru Əliyev İsmayıl İsrayıl oğlu Mirzəyev İlham Əlikram oğlunun Azərbaycan Respublıkası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 1419000153 nömrəli cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edərək Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsini rəhbər tutub, hazırkı ittiham aktını tərtib etdim. Həmin cinayət işi 10 aprel 2014-cü il tarixdə tərəfimdən faktla görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış və icraatıma qəbul edilərək ibtidai istintaqı aparılmısdır... Cinayət işi üzrə şahid və zərərçəkmiş şəxs qismində dindirilmiş S. (adlar şərtidir - red.) ifadəsində göstərmişdir ki, təxminən 2012-ci ilin mart ayında aqlay ustası işləyən tanışı M. ona bildirmişdir ki, teleaparıcı İlham Mirzəyevin evində aqlay işi görmək lazımdır, bununla bağlı o, briqada yığır. O, M.-nın təklifini qəbul ettmiş və onunla birlikdə İlham Mirzəyevin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2-ci Yavər Əliyev küçəsi 34 ünvanında yerləşən evinə gəlmişdir. İşin görülməsini M. özü İlham Mirzəyevlə danışmış və onlar İlham Mirzəyevin evinin bayır tərəfinin aqlay işlərini bir kvadratmetrini 8 manatdan görməyə başlamışlar. Lakin İlham Mirzəyevlə M.-nın arasında mübahisə yarandığı üçün sonradan M. işi ataraq çıxıb getmışdir. Buna baxmayaraq, o, digər ustalarla qalıb işləyərək İlhamn Mirzəyevin evinin bayır tərəfinin aqlayını vurub qurtarmışdır. Gördükləri işin pulunu İlham Mirzəyev vermiş, aralarında heç bir narazılıq yaranmamış, əksinə, mehriban şəkildə ayrılmışlar. 2012-cü ilin may ayında İlham Mirzəyev səhv etmirsə,... mobil telefon nömrəsindən onun istifadə etdiyi... saylı telefona zəng vurub danışaraq həyətində aqlay daşından döşəmə işini gördürmək istədiyini bildirmiş və onu evinə dəvət etmişdir ki, görüşüb söhbət etsinlər. O, özü ilə bir yerdə usta işləyən atasının xalası oğlu Z. ilə birlikdə İlham Mirzəyevin evinə gəlmiş, İlham Mirzəyev bildirmişdir ki, həyətinə aqlay daşı döşətdirmək, həmçinin həyətdəki “besedka”nı aqlay daşı ilə üzlətdirmək, həyətində kababxana tikdirmək və onu da aqlay daşı ilə üzlətdirmək istəyir. İlham Mirzəyev təklif etmişdir ki, istifadə olunacaq aqlay daşını o, alıb işlətsin, digər materialları isə özü alacaqdır. Aqlay daşı ondan olmaqla döşəmənin bir kvadratmetrini 25 manatdan İlham Mirzəyevlə danışıb razılaşmışdır. Belə ki, 1 kvadratmetr üçün ödəniləcək 25 manat pula işlənəcək aqlay materialının pulu, usta pulu və aqlay vurulacaq yerin betonlanıb möhkəmləndirilməsi, yəni “styaşka” işləri pulu daxil olmuşdur. İlham Mirzəyev onunla danışıb razılığa gələrkən demişdir ki, narahat olmasın, o, hissə-hissə aqlay materialı alıb işi görməyə başlasın, pulun bir hissəsini iş görüldüyü müddətdə ona verəcəkdir ki, lazım olan qalan aqlayı da ala bilsin, işi tam görüb qurtardıqda isə, hesablayacaqlar, neçə kvadratmetr alqay daşı döşəsə, pulunu hesablayıb qalan pulun hamısını işin sonunda verəcəkdir. İlham Mirzəyev görəcəyi işin pulunu axırda tam şəkildə ödəyəcəyini dedikdə, onun sözünə inanmış və dediyi şərtlə razılaşmışdır. İlham Mirzəyevlə aqlay işini görmək barədə, qiymət haqqında yaşadığı evin həyətindəki “besedka”da oturub danışarkən yanında qohumu Z. olmuş və o bu söhbətin canlı şahidi olmuşdur. 2012-ci ilin may ayından etibarən qohumları Z., K. və N. qardaşları ilə birlikdə İlham Mirzəyevin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2-ci Yavər Əliyev küçəsi 34 ünvanında yerləşən həyətində işləməyə başlamış, 2012-ci ilin sentyabr ayının əvvəllərində orta məktəblərdə dərslər başlanana kimi onlar İlham Mirzəyevin həyətində görəcəkləri işi tam başa çatdırmışlar. İşin sonunda görülən işlərə görə İlham Mirzəyev tərəfindən verilən pulları hesabladıqda məlum olmuşdur ki, aqlay materialları və zəhməthaqqı daxil olmaqla gördükləri işin ümumi məbləği 17.000 manat etmiş, həmin puldan 12.000 manatını İlham Mirzəyev iş görülən müddətdə hissə-hissə ona ödəmiş, ona əlavə olaraq 5.000 manat verəcəyi vardır. İlham Mirzəyev bidirmişdir ki, “hazırda mənim imkanım yoxdur, lakin bir həftə müddətində 5.000 manatı düzəlib sənə verəcəyəm. O, inandığı üçün razılaşmışdır. Bunun üstündən bir həftə keçmiş, İlham Mirzəyevdən xəbər çıxmadığını görüb telefonuna zəng vurub ona verməli olduğu 5.000 manat pulla maraqlanmışdır. İlham Mirzəyev bildirmişdir ki, hazırda imkanı yoxdur, lakin yaxın vaxtda pulu düzəldib özü ona zəng vuracaqdır. Bir müddət sonra yenidən İlham Mirzəyevə zəng vurmuş, lakin o, telefonu açmamışdır. O, məcburiyyət qarşısında qalaraq pulunu almaqdan ötrü İlham Mirzəyevin evinə gəlmiş, həyət qapısından qapı zəngini basmış, ona evdən İlham Mirzəyevin azyaşlı oğlu cavab vermişdir ki, atası evdə yoxdur, çəkilişə gedib, nə vaxt qayıdacağını da bilmir. Bu minvalla o, iki ay müddətində bir neçə dəfə İlham Mirzəyevlə görüşmək üçün həmin evinə getmiş, həyət qapısından qapı zəngini basıb İlham Mirzəyevi soruşmuş, ona evdən İlham Mirzəyevin oğlu, gah İlham Mirzəyevin anası, gah da evində işləyən qulluqçusu cavab vermişlər ki, İlham Mirzəyev evdə yoxdur, nə vaxt gələcəyini də bilmirlər. Əvvəllər İlham Mirzəyev onun telefon zənglərinə cavab vermiş, hər dəfə demişdir ki, “narahat olma, yaxın vaxtlarda sənin pulunu verəcəyəm”.


İlham hər dəfə bir bəhanə gətirmiş, gah demişdir ki, “rayondayam, gələcəyəm”, gah da demişdir ki, “çəkilişdəyəm”. Bir dəfə isə zəng vurarkən İlham Mirzəyev telefonu açıb onunla danışmış və səhəri günü onu evinə dəvət etmişdir ki, “gələrsən, söhbət edərik”. O, səhəri gün xatırlamadığı tarixdə İlham Mirzəyevin evinə gəlib qapı zəngini basmış, zəngə İlham Mirzəyev özü cavab vermiş, təxminən bir saata kimi onu qapıda gözlətmiş, daha sonra gəlib qapını açaraq onu həyətə buraxmışdır. İlham Mirzəyev əsəbi halda ondan soruşmuşdur ki, “niyə gəlmisən?” O cavab vermişdir ki, “Puluma görə gəlmişəm, gördüyüm işə görə sən mənə 5.000 manat pul verməlisən”. İlham Mirzəyev isə ona bildirmişdir ki, “əslində sənə heç bir pul düşmür, gördüyün iş keyfiyyətsizdir”. O soruşmuşdur ki, “hansı işim keyfiyyətsiz çıxıb, mənə göstərə bilərsənmi?” İlham Mirzəyev bundan sonra həyətin döşəməsinə vurulmuş aqlayın birləşmə yerlərini, vurulmuş aqlayda olan xırda nöqtələri, sonradan islifadə olunub sınmış hissələrı göstərərək bildirmişdir ki, “işi keyfiyyətsiz görmüsünüz, buna görə də sənə pul düşmür”. O, İlham Mirzəyevə bildirmişdir ki, “mən həmin işləri 3 ay bundan əvvəl görmüşəm, həmin vaxt vardısa, mənə bildirəydin. Lakin, razıyam, gəlib 2 gün işləyib göstərdiyin nöqsanları da aradan qaldıraram”. Lakin İlham Mirzəyev bəhanə gətirmişdir ki, “hazırda mənim həyətimdə yaşayış var, buna görə də sənin işləməyinə ehtiyac yoxdur”. Başa düşmüşdür ki, İlham Mirzəyev pulunu vermək istəmir və bildirmişdir ki, “gedib 13-cü polis bölməsinə şikayət edəcəyəm”. İlham Mirzəyev də bildirdi ki, “hara istəyirsən, get, şikayətini ver. İstəyirsən lap Daxili İşlər Nazirliyinin özünə de, mənə kim nə edəcək? Sən bilirsənmi ki, mən Azərbaycanı barmağımda fırladıram, mənə kim nə edə bilər ki, sən nə edəsən?”. Bunu deyib, İlham Mirzəyev evindən adını bilmədiyi mühafizəçisini çağırıb ona göstəriş vermişdir ki, onu həyətdən çıxarsın. Adını bilmədiyi mühafizəçi qolundan tutub onu həyət darvazasından küçəyə çıxartmışdır. O, İlham Mirzəyevin hədəsindən qorxaraq fikirləşmişdir ki, ona gücü çatan deyil, lakin İlham Mirzəyev ona pislik edər. Hətta bir dəfə İlham Mirzəyev yanında işləmiş qohumu N.-ya zəng vurub demişdir ki, “S.-ya de ki, mənim yanıma gəlməsin, yoxsa onu şərləyib tutduracağam”.

“İlham Mirzəyev özü onun mobil telefonuna zəng vurmuş, telefonda hədə-qorxu gələrək bildirmişdir ki, “bir də mənim qapıma gəlməyəsən, mənim evimin həndəvərinə fırlanmayasan, yoxsa səni şərləyib tutduracağam”


Bir dəfə isə yadındadır ki, dəqiq xatırlamadığı tarixdə özü pulunun dalınca İlham Mirzəyevin yaşadığı evə getmiş, ailə üzvləri demişlər ki, İlham Mirzəyev evdə yoxdur və o qapıdan bir az aralanmışdı ki, İlham Mirzəyev özü onun mobil telefonuna zəng vurmuş, telefonda hədə-qorxu gələrək bildirmişdir ki, “bir də mənim qapıma gəlməyəsən, mənim evimin həndəvərinə fırlanmayasan, yoxsa səni şərləyib tutduracağam”. İlham Mirzəyev bu sözü deyib telefonu qoymuş, geriyə İlham Mirzəyevin mobil telefonunu yığmışdır ki, ondan soruşsun ki, bu nə sözdür ona deyir, axı o, özünün halal pulunu istəyir. Lakin İlham Mirzəyev zənginə cavab verməmiş, başa düşmüşdür ki, bu insan onun pulunu verən deyil. Doğrusu, İlham Mirzəyevin dediyi sözlərdən sonra ondan qorxmuş, qorxmuşdur ki, birdən şikayət edər, İlham Mirzəyev özü onu şərləyib bir bəhanə ilə tutdurar. Bir müddət əvvəl televizorda İlham Mirzəyevin insanları aldadıb dələduzluqla pullarını ələ keçirdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən həbs olunması xəbərini eşitmiş və buna görə də onun barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Həmçinin, zərər çəkmiş şəxs S. ifadəsində göstərmişdir ki, onlar İlham Mirzəyevin həyətində yerə aqlay daşlarının döşənməsi ilə məşğul olarkən İlham Mirzəyev hazırda yaşadığı evlə üzbəüz yerləşən üçmərtəbəli həyət evində kirayədə yaşamış və hər gün İlham Mirzəyevin yanına müxtəlif adamlar gəlmişlər. Gəlib-gedən adamların danışıqlarından eşitmişdir ki, İlham Mirzəyev falçılıqla, baxıcılıqla məşğul olur, onun yanına gələn adamların falına baxır, bəxtini açır. Hətta əsəbiləşdikdə onun əlləri əsdiyi üçün bir dəfə İlham Mirzəyevə bu barədə demiş, İlham Mirzəyev ona demişdir ki, yanına gələrsən, sənə baxıb müalicə təyin edərəm. Lakin sonradan İlham Mirzəyev onun 5.000 manat zəhməthaqqı pulunu vermədiyi üçün bu barədə ona müraciət etməmişdir. Bu günədək də İlham Mirzəyev 2012-ci ilin may ayından həmin ilin sentyabr ayının əvvəllərinədək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2-ci Yavər Əliyev küçəsi 34 ünvanında yerləşən həyət evində gördüyü 680 kvadratmetr ölçüdə aqlay döşənməsi işlərinə görə 17.000 manat puldan borclu qaldığı 5.000 manat pulu ona ödəməmişdir. İlham Mirzəyevin ona son sözü bu olmuşdur ki, “get, hara istəyirsənsə, şikayət elə, mən heç kimdən qoxmuram, elə eləmə ki, sənin özünü şərləyib tutdurum”.


Cinayət işı üzrə şahid qismində dindirilmiş K. zərər çəkmiş şəxs S. ilə eyni məzmunlu ifadə vermişdir.


Cinayət işi üzrə şahid qismində dindirilmiş N. zərər çəkmiş şəxs S. ilə eyni məzmunlu ifadə verərək, əlavə olaraq ifadəsində göstərmişdir ki, İlham Mirzəyevin gördükləri işin pulundan qayını S.-ya 5.000 manat aqlay materialının pulunu borcu qalmışdır. İlham Mirzəyev yaxın müddətdə qalan 5.000 manatı ödəyəcəyini söyləsə də, qayını S. onun qapısına çox gedib-gəlsə də, bu günədək İlham Mirzəyev 5.000 manat pulu verməmişdir. İlham Mirzəyev əvvəlki vaxtlarda qayını S.-ya yaxın vaxtlarda pulu verəcəyini demiş, lakin sonradan o pulu verməkdən tam şəkildə imtina etmiş, hətta qayını S. onun yaşadığı evə qapısına pul dalınca getdikdə, İlham Mirzəyev qayını S.ya özünün geniş əlaqələrə malik olduğunu, heç kimdən qorxmadığını deyərək, onu şərləyib tutdurmaqla hədələmişdir. Hətta bir dəfə İlham Mirzəyev həmişə onunla danışdığı... nömrəli telefonundan... nömrəli mobil telefonuna zəng vuraraq, telefonda ona hədə-qorxu gələrək bildirmişdir ki, “Qayının S.-ya de ki, bir də mənim qapıma gəlməsin, yoxsa onu şərləyib tutduracağam”. Doğrusu, İlham Mirzəyevin bu sözündən sonra qayını S. qorxmuş, bu adamdan çəkindiyinə görə pulunun dalınca getməmiş, nə də şikayət etməmişdir.


Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Mirzəyev İlham Əlikram oğlu ifadəsində göstərmişdir ki, 2012-ci ilin may ayından sentyabr ayınadək olan müddət ərzində S. özünün təmir-tikinti briqadası ilə birlikdə onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2-ci Yavər Əliyev küçəsi 34 ünvanında yerləşən həyət evində alqay döşənmə işlərini görmüşdür. Hadisələrin baş verdiyi vaxtdan uzun müddət keçdiyindən S.-nın aqlay döşənməsi işlərini konkret hansı qiymətdən gördüyünü xatırlamır. Əvvəldən belə danışmışlar ki, təmir-tikinti işlərinin görülməsi üçün istifadə ediləcək sement, armatur kimi materialları özü alacaqdır, döşənmə işləri üçün sərf olunacaq aqlay materiallarını isə S. alıb gətirmişdir. İşi tam şəkildə başa çatdırdıqda, işin sonunda o, S-nın istifadə etdiyi aqlay materialının pulunu və zəhməthaqqı pulunu tam şəkildə ödəyəcəkdi. İş görüldüyü müddətdə o, S.-ya hissə-hissə olmaq şərtilə təxminən 30.000 manata yaxın pul vermiş, ona cəmi 2.000 manat alqay materialının pulundan borcu qalmışdır. Çünki S. briqadası ilə alqay döşənməsi işlərini tam şəkildə başa çatdırmamış, gördüyü işdə çatışmazlıqlar olmuş və işi lazımi keyfiyyətdə görməmişdir. S. gilin həyətdə döşədikləri aqlay bəzi yerlərdə sınmış, qırılmış, döşənmiş alqay piltələrinin arasında boşluqlar olmuş, alqayın üstü hamarlanmamışdır. O, işin sonunda S.-ya öz etirazını, narazılığını bildirmiş və tələb etmişdir ki, qalan çatışmazlıqları gəlib aradan qaldırsınlar. S. ən qısa müddətdə gördüyü işin bütün çatışmazlıqlarını aradan qaldıracaqlarına söz versə də, ancan sonrakı müddətdə gəlib çıxmarnış, gördüyü iş keyfıyyətsiz olaraq qalmışdır. Sözsüz ki, S. işi söz verdiyi kimi, lazımi keyfiyyətlə tamamlamadığı üçün ona 5000 manat deyil, cəmi 2.000 manat borcu qalmışdır. Həmin 2.000 manatı da, onu ələ keçirmək, S.-ya ödəməmək niyyəti, fikri olmamışdır. O, S.-ya demişdir ki, gəlib gördükləri işi tamamlasınlar, sınmış aqlay plitələrini dəyişsinlər, döşənmiş alqay plitələrinin üstünü hamarlasınlar, o da pulunun qalan hissəsini ödəməyə hazırdır. Lakin S. görməli olduğu işi lazımi keyfiyyətdə tamamlayıb təhvil vermədiyinə görə o, borclu qaldığı 2.000 manat pulu ödəməmişdir.


İbtidai istintaq zamanı zərərçəkmiş şəxs S. və təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikiram oğlu arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı S. əvvəlki ifadəsində göstərdiklərini İlham Mirzəyevin üzünə qarşı bir daha səsləndirmiş, sonuncu isə öz növbəsində, zərərçəkmiş şəxs S.-nın üzləşdirmə zamanı hadisənin baş vermə şəraiti və mexanizmi ilə bağlı verdiyi ifadəsini qismən təsdiq etmişdir”.

davamı olacaq

Xəbər lenti

DAHA ÇOX XƏBƏR