Xəzər TV-nin aparıcısının bıçaqlanmasının TƏFƏRRÜATLARI (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Xəzər TV-nin aparıcısının bıçaqlanmasının TƏFƏRRÜATLARI (YENİLƏNİB)

Aparıcının bıçaqlanmasının təfərrüatları məlum olub. Aparıcının telfonunu açan Elmar adlı bibisi oğlu Publika.az-a bildirib ki, Ağakərim Şamidzadə dünən gecə saat 10 radələrində evə gələrkən qonşusu tərəfindən bıçaqlanıb:

“O, yaşadığı binanın qarşısında avtomobilini park edərkən qonşusu Elvin Şirinov içkili vəziyyətdə onun avtomibilinə oturub. A.Şamidzadə içkili vəziyyətdə olan E.Şirinovu avtomobilindən düşməyini tələb edib və bu zaman aralarında mübahisə yaranıb. Sonra E. Şirinov evinə gedib və gətirdiyi bıçaqla A.Şamidzadəyə hücum edib. A.Şamidzadə qarın boşluğundan bıçaq xəsarətləri alıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər dərhal onun üzərində əməliyyat aparıblar”.

Elmar bildirib ki, A.Şamidzadənin səhhəti normallaşıb. Onu bıçaqlayan qonşusu polis tərəfindən saxlanılıb.

10:03

“Xəzər” televiziyasında “Ləziz dad” proqramının aparıcısı dünən gecə bıçaqlanıb.

Yasamal rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisə Bakının Yasamal rayonunda Yaşar Abdullayev küçəsində qeydə alınıb. Həmin ünvanda Ağakərim Şamidzadə yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanıb. Elvin Şirinov ona 3 bıçaq zərbəsi vurub və hadisə yerindən qaçıb. Hazırda onun tutulması üçün tədbirlər görülür.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm