Kəmaləddin Heydərov Şəmkirdə qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Şəmkirdə qəbul keçirəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəmkir şəhərində vətəndaşları qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov sentyabrın 25-də saat 11:00-dan Şəmkir şəhərində vətəndaşları qəbul edəcək.

Qəbulda Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində sentyabrın 24-ü saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm