Hesablama Palatası Səhiyyə Nazirliyində yoxlama apardı
Bizi izləyin

Qırmızı.az

Hesablama Palatası Səhiyyə Nazirliyində yoxlama apardı

Hesablama Palatasının Kollegiya iclası keçirilib. Qurumdan Publika.az-a verilən məlumata görə, Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” üzrə Səhiyyə Nazirliyinə səhiyyə obyektlərinin tikintisinə və təmirinə, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar xidmətinə ayrılan vəsaitlərin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Arxeoloji və Etnoqrafiya İnstitutuna dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, eyni zamanda, Ağsu rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından sosial infrastruktur layihələrə, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, həmçinin dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan MR Hidrometeorologiya İdarəsinin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit proqramı müzakirə edilərək təsdiq olunub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm