Leysan Ağstafanı iflic etdi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Leysan Ağstafanı iflic etdi - FOTOLAR

Ötən gecə qərb bölgəsinə yağan güclü yağış Ağstafanın bir sıra kəndlərində nəqliyyatın hərəkətini iflic edib. Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Ağstafanın ən böyük kəndi olan Dağ Kəsəmən yağış sularının qurbanına çevrilib. Gecə saat 01:00 radələrindən başlanan yağış təxminən 20 dəqiqə yağsa da, kəndi iki hissəyə bölüb. Kənd sakinlərindən birinə məxsus “QAZ 24” markalı avtomobili yaşayış yerindən təxminən 400 metr məsafəyə gətirərək yeraltı keçidə atıb. Bəzi sakinlərin evinin içindən keçən sel evləri lil və palçıqla doldurub.

Kənd sakinlərinin Publika.az-a verdikləri məlumata görə, hər il avqust ayından başlayaraq, eyni vəziyyətlə qarşılaşırlar: “Bir necə il bundan əvvəl kənd sakini, 65 yaşlı Yolcuyeva Suğran sel sularının qurbanı olub. Onun cəsədini isə ertəsi gün kəndin digər sahəsindən tapmışdıq”.

Sel sularının evlərə dolmasının səbəblərindən biri də ötürücü kanalların əhaliyə satılması və ya zəbt edilməsidir. Ötürücü kanalın yüklənməsi isə selin yollara dağılmasına gətirib çıxarır.

Qeyd edək ki, sel sularının tüğyan etdiyi Dağ Kəsəmənə gecə ikən rayon İcra Hakimiyyətinin əməkdaşları baş cəkiblər. Ərazi polis tərəfindən nəzarətə götürülüb və avtomobillərin Qazax istiqamətində gediş-gəlişi qadağan edilib.

Xatırladaq ki dağlardan gələn sel sularının qarşısını almaq ücün hələ ötən ildən kəndin üst hissəsində bənd salınır. İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, hələlik işlər başa catmadığından bu kimi problemlər qacılmazdır.

Vasif Abdıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm