“Müəllim, vaxt elə, halallaşaq” - İlham Mirzəyevin İTTİHAM AKTI
Bizi izləyin

Qırmızı.az

“Müəllim, vaxt elə, halallaşaq” - İlham Mirzəyevin İTTİHAM AKTI

Xəbər verildiyi kimi, Nərimanov rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyi ilə teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə məhkəməsi davam etdirilir. İ.Mirzəyevin hüquqlarını vəkillər Xanlar Bayramzadə və İkram Abdullayev müdafiə edir. Qeyd etdiyimiz kimi, “Təzadlar” İlham Mirzəyevin törətdiyi cinayət əməlini əks etdirən İttiham Aktını əldə edib. Aşağıda həmin sənədin 6-cı hissəsini təqdim edirik:

İTTİHAM AKTI

“Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru Əliyev İsmayıl İsrayıl oğlu Mirzəyev İlham Əlikram oğlunun Azərbaycan Respublıkası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 1419000153 nömrəli cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edərək Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsini rəhbər tutub, hazırkı ittiham aktını tərtib etdim. Həmin cinayət işi 10 aprel 2014-cü il tarixdə tərəfimdən faktla görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış və icraatıma qəbul edilərək ibtidai istintaqı aparılmısdır”.

Əvvəli bu linklərdə:

http://publika.az/p/41707

http://publika.az/p/42157

http://publika.az/p/42596

http://publika.az/p/43001

http://publika.az/p/43654

“...Cinayət işinin istintaqı zamanı “Azercell Telekom” MMC-dən 20 may 2014-cü il tarixli, 10439 saylı müşayiət məktubu ilə daxil olmuş 01 ədəd diskdə əks olunmuş məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, ilk dəfə 07 aprel 2014-cu ıl tarixdə saat 11:56-da təqsirləndirilsn şəxs İlham Mirzəyevin istifadəsində olan... saylı nömrədən zərər çəkmiş şəxs X.-nın istıfadəsındə olan... saylı nömrəyə zəng edilərək 122 saniyə müddətinə telefon danışığı aparılmışdır. Növbəti dəfə, 09 aprel 2014-cü.il tarixdə saat 16:33-də zərər çəkmiş şəxs X.-nın istifadəsində olan... nömrəsindən təqsirləndirilən şəxs İlham Mirzəyevin istifadəsində olan... saylı nömrəyə “6080” xidməli (“KimZengEtmişcell” xidməti, yəni telefon söndürüldükdə və ya əhatə dairəsi xaricində olduqda, gələn bütün zənglərin kim tərəfindən və nə vaxt edildiyi haqda pulsuz məlumat əldə etmək üçün nəzərdə tutulmuşdur) üzrə sms göndərilmişdir. Məlumatlardan görünür ki, 19 iyun 2014-cü il tarixdə saat 17:39-da zərər çəkmiş şəxs S.-nın istifadəsində olan... saylı nömrədən təqsirləndirilən şəxs İlham Mirzəyevin istifadəsində olan... saylı nömrəyə zəng edilərək, 91 saniyə müddətinə telefon danışığı aparılmışdır. Bundan başqa, 28 fevral 2013-cü il tarixdə saat 19:23-də cinayət işi üzrə şahid qismində dindirilmiş N.-nın istifadəsində olan... saylı nömrədən təqsirləndirilən şəxs İlham Mirzəyevin istifadəsində olan... saylı nömrəyə zəng edilərək 272 saniyə müddətinə telefon danışığı aparılmışdır. Bundan başqa, 10 yanvar 2013-cü il tarixdə saat 16:09-da, 29 yanvar 2013-cü il tarixdə saat 13:58-də, 08 fevral 2013-cü il tarixdə saat 15:31-də, 29 iyun 2013-cü il tarixdə saat 18:34-də, 09 avqust 2013-cü il tarixdə saat 15:50-də və 31 mart 2014-cü il tarixdə saat 01:24-də şahid N.-nın istifadəsində olan... nömrəsindən təqsirləndirilən şəxs İlham Mirzəyevin istifadəsində olan... saylı nömrəyə “6080” xidməti üzrə sms göndərilmişdir. Bundan əlavə, 10 aprel 2013-cü il tarixdə saat 11:30-da, 20 may 2013-cü il tarixdə saat 22:27-də, 06 sentyabr 2013-cü il tarixdə saat 22:30-da, 23 sentyabr 2013-cü il tarixdə saat 23:22-də, 24 sentyabr 2013-cü il tarixdə saat 23:31-də və 21 noyabr 2013-cü il tarixdə saat 14:37-də şahid N.-nın istifadəsində olan... nömrəsindən təqsirləndirilən şəxs İlham Mirzəyevin istifadəsində olan... saylı nömrəyə “Calam mellim mene BAXT ELE XAIW EDipem xectem BAP UCTA WAMAXLİ) (orijinal mətn), “Aj bawBA DONum uwaqlap imkan BEPMIP TELeonu aq bir kelme sozum BAP” (orijinal mətn), “Melim inakan otsa mene zeng ele” (orijinal mətn), “Calam mellim 1 aja zenk edipdin xaiw edipem zenk et” (orijinal mətn), “Mellim calam xaiw edipem mene zenk et ucta hafiz” (orijinal mətn) və “Calam muellim neqecen xaiw edlpem mene faxt ele hallalawaqs (orijinal mətn) mətnli sms-lər göndərilmişdir.

Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentindən alınmış 29 aprel 2014-cü il tarixli, 1191020004627300 nömrəli məktubda göstərilmişdir ki, Vergi ödəyicilərinin dövlət reyestrində olan məlumata əsasən “Tanrı” Elmi-İstehsalat Firması 29 yanvar 1996-cı il tarixdə dövlət qeydiyyatından keçmişdir, 07 mart 2007-ci il tarixdə isə 1600715831 saylı VÖEN almışdır. Həmin firmanın hüquqi ünvanı AZ1119, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 51, mənzil 50, rəhbəri isə Mirzəyev İlham Əlikram oğludur.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən alınmış 15 may 2014-cü il tarixli, 02/19-4815 nömrəli məktubda göstərilmişdir ki, “Tanrı” Elmi-İstehsalat Firmasına Səhiyyə Nazirliyi tərəfindən tibb fəaliyyəti (ambulator tibb xidməti üzrə) ilə məşğul olmaq üçün Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi 57 ünvanına 30 oktyabr 2009-cu il tarixdə 5 il müddətinə 026003 nömrəli xüsusi razıllıq (lisenziya) verilmişdir.

08 avqust 2014-cü il tarixdə zərər çəkmiş şəxs S. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təkrar ərizə ilə müraciət edərək, təqsiriəndirilən şəxs Mirzəyev İlham Əlikram oğlu tərəfindən ona vurulmuş 5.000 manat maddi ziyanın tam şəkildə ödənildiyini, hazırda İlham Mirzəyevə qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir.

08 avqust 2014-cü il tarixdə zərər çəkmiş şəxs L. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təkrar ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikram oğlu tərəfindən ona vurulmuş 1.452 manat maddi ziyanın tam şəkildə ödənildiyini, hazırda İlham Mirzəyevə qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir.

08 avqust 2014-cü il tarixdə zərər çəkmiş şəxs X. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təkrar ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikram oğlu tərəfindən dələduzluq yolu ilə ələ keçirilmiş 3.000 Avro pulunun ona qaytarıldığını və dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, hazırda İlham Mirzəyevə qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir.

Beləliklə də, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikram oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün qismən etirafedici ifadələri, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, üzləşdirmə protokolları, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokol, təqdim olunan pul vəsaitinin və fotoşəkillərin götürülməsi barədə protokol, təhqiqat orqan tərəfindən toplanmış material, telefon danışıqlarına dair məlumatlar və sair istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir.

Cinayət işi üzrə icraatın gedişində təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikram oğlu sonrakı ifadələrində öz müdafiəsi üçün dəlillər gətirərək X.-ya sadəcə psixoloji yardım göstərdiyini, X.-nın yalnız 10 aprel 2014-cü il tarixdə “İlhaMed” tibb mərkəzində iş otağına gələrək ona özünün və sevdiyi şəxsin ayrı-ayrılıqda iki ədəd rəngli fotoşəkillərini və 14 ədəd 100-lük avro pul əsginazlarından ibarət 1.400 avro pul verdiyini, X.-nın bu pulu ona gələcəkdə göstərəcəyi psixoloji yardıma görə 30 günlük seansın pulu olaraq verdiyini, X.-dan götürdüyü 1.400 avro pulu sonradan Azərbaycan manatına çevirib tibb mərkəzinin kassasına mədaxil etmək niyyətilə oturduğu stolun sağ tərəfindəki şkafın yuxarıdan ikinci siyirtməsinə qoyduğunu, X.-nın ona əlavə 1.600 avro pul vermədiyini, X.-ya hansısa yolla sevdiyi, ailə qurmaq istədiyi oğlanla münasibətlərində yaxınlıq yaradacağına və 15 gün müddətində onları qovuşduracağına söz vermədiyini, nə də pulu X.-dan bu adla almadığını, S.-nın özünün təmir-tikinti briqadası ilə birlikdə onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2-ci Yavər Əliyev küçəsi 34 ünvanında yerləşən həyət evində aqlay döşənmə işlərini tam şəkildə başa çatdırmadığını, gördüyü işdə çatışmazlıqların olduğunu və işi lazımi keyfiyyətdə görmədiyini, S.-nın işi söz verdiyi kimi lazımi keyfiyyətlə tamamlamadığı üçün ona 5.000 manat deyil, cəmi 2.000 manat borcunun qaldığını, L.-nın “İlhaMed” tibb mərkəzində onun qəbulunda olarkən oğlu və gəlininin toy gecəsi uğursuzluğu probleminin olmasını danışdığını və bu problemin aradan qaldırılmasında onlara köməklik göstərməsini xahiş etdiyini, onun L.-ya heç nəyə söz vermədiyini, sadəcə, bu işdə onlara əlindən gələn köməkliyi edəcəyini söylədiyini, L.-nın 1.452 manat pulu şəxsən ona vermədiyini, bu pulu tibb mərkəzində oğluna və gəlininə göstərilən pşixoloji yardıma görə ödədiyini, bu qadının pulunu ələ keçirmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs İlham Mirzəyevin zərər çəkmiş şəxslər X.-ya, S.-ya və L.-ya münasibətdə ittiham olunduğu cinayət əməlləri ilə bağlı ifadələrində öz müdafiəsi üçün gətirdiyi dəlillərin toplanmış digər mötəbər sübutlarla təsdiq edilməməsı onun hadisə ilə bağlı həmin hissələrdə göstərdiklərinin həqiqi olmadığını göstərir və onun özünümüdafiə mövqeyindən çıxış etməklə istintaq orqanında özünün təqsirsizliyi barədə yanlış təsəvvür yaratmağa cəhd göstərməklə törətdiyi cinayətlərə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq istəməsi qənaətinə gəlmək üçün əsas verir. Buna görə də təqsirləndirilən şəxs İ.Ə.Mirzəyevin öz müdafiəsi üçün gətirdiyi dəlillər cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 02 avqust 2014-cü il tarixli qərarla sübut kimi qəbul edilməmişdir.

Təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikram oğlunun şəxsiyyətini səciyyələndirən hallar onun 18 iyun 1966-cı ildə Əli-Bayramlı şəhərində anadan olması, Azərbaycan Respublikasının vətəndaşı, ailəli və ali təhsilli olması, əvvəllər məhkum olunmaması, “TANRI” Elmi-İstehsalat Firmasının və “İlhaMed” tibb mərkəzinin təsisçisi və direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Dinşünaslıq və Mədəniyyətin Fəlsəfi Problemləri şöbəsinin aparıcı elmi işçisi olması, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 51, mənzil 50-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2-ci Y.Əliyev küçəsi, ev 34-də faktiki yaşaması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı istintaq Təcridxanasında həbsdə saxlanılması, qeydiyyatda olduğu yer və iş yeri üzrə müsbət xarakterizə olunmasıdır...

...Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.10-cu maddələrinə əsasən təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikram oğlunun himayəsində iki azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş maddi zərəri könüllü olaraq ödəməklə zərərçəkmiş şəxslərlə razılıq əldə etməyə cəhd etməsi onun məsuliyyətini yüngülləşdirən hallardır.

Təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikram oğlunun cinayəti tamah məqsədilə törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır.

Göstərilənlərə əsasən,

MİRZƏYEV İLHAM ƏLİKRAM OĞLU - 18 iyun 1966-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmayan, “TANRI” Elmi-İstehsalat Firmasının və “İlhaMed” tibb mərkəzinin təsisçisi və direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Dinşünaslıq və Mədəniyyətin Fəlsəfi Problemləri şöbəsinin apancı elmi işçisi, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsı, ev 51, mənzil 50-də qeydiyyatdə olmaqla Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsı, 2-ci Y.Əliyev küçəsi, ev 34-də faktiki yaşayan və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı istintaq Təcridxanasında həbsdə saxlanılan

- təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək, zərərçəkmış şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir.

Belə ki, Mirzəyev İlham Əlikram oğlu özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki yaşadığı Bakı şəhərı, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2-ci Y.Əliyev küçəsi 34 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətinin aqlay daşı ilə döşənməsindən ötrü usta kimi müraciət etdiyi S.-nın etibarından sui-istifadə edərək təmir-tikinti işlərində istifadə ediləcək aqlay daşının pulunu görüləcək işin sonunda ödəyəcəyinə dair yalan vəd verib onu aldatmış, S. 2012-ci ilin may ayından həmin ilin sentyabr ayının əvvəllərinədək olan müddət ərzində qeyd olunan ünvanda öz vəsaiti hesabına aldığı alqay daşı ilə döşənmə işlərini tam olaraq başa çatdırsa da, o, istifadə olunan 5.000 manat dəyərində alqay daşının pulunu ödəməyib, aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxs S.-ya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə təsisçisi və direktoru olduğu “TANRI” Elmi-İstehsalat Firmasının nəzdində Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 ünvanında fəaliyyət göstərən “İlhaMed” tibb mərkəzində ona müraciət etmiş L.-nın etibarından sui-istifadə edərək həmin tibb mərkəzində 16 seanslıq ödənişli müalicə kursu keçdikdən sonra oğlunun toy gecəsi uğursuzluğu problemini tam şəkildə aradan qaldıracağına dair yalan vəd verib, 20 fevral 2014-cü il tarixdən 02 aprel 2014-cü il tarixədək olan müddət ərzində “İlhaMed” tibb mərkəzində müalicə kursu adı ilə L.-nın hissə-hissə olmaqla 1.452 manat məbləğində pulunu aldatma yolu ilə alıb ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdardə ziyan vurmaqla vahid qəsdlə əhatə olunan dələduzluq etmişdir.

Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə təsisçisi və direktoru olduğu “İlhaMed” tibb mərkəzində ona müraciət etmiş X.-nın etibarından sui-istifadə edərək 3.000 avro pul müqabilində cadugərlik yolu ilə foloşəkil əsasında insanı idarə altına almaq, ona istənilənləri etdirmək və istəmədiyi hərəkətlərə məcbur etməklə ailə qurmaq niyyətində olduğu oğlanla münasibəllərində yaxınlıq yaradacağına və 15 gün müddətində onları qovuşduracağına dair yalan vəd verib, 09 aprel 2014-cü il tarixdə “İlhaMed” tibb mərkəzində iş otağında X.-dan həmın dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 1.730 manat 88 qəpik təşkil edən 1.600 avro pulunu aldatma yolu ilə alaraq ələ keçirmiş, guya məsələnin müsbət həlli üçün X.-nın və ailə qurmaq istədiyi şəxsin fotoşəkillərini 3.000 avro pulla birlikdə təcili İsrail dövlətinə göndərməli olduğunu bildirərək qalan 1.400 avro pulu növbəti gün ona verməsini istəmişdir. Bundan sonra İlham Mirzəyev tərəfindən aldadılması qənaətinə gələn X. 10 aprel 2014-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bu barədə şikayət ərizəsi ilə müraciət etmiş, həmin müraciət əsasında qeyd olunan idarənin əməkdaşları tərəfindən 10 aprel 2014-cü il tarixdə saat 15:30-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı X. növbəti dəfə “İlhaMed” tibb mərkəzinə gələrək əvvəlcədən seriya və nömrələri qeyd olunmuş 14 ədəd 100-lük avro pul əskinaslarından ibarət həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 1.520 manat 68 qəpik təşkil edən 1.400 avro pulu mərkəzin direktoru İlham Mirzəyevə iş otağında vermiş bununla da, İlham Mirzəyev X.-ya məxsus ümumilikdə 3251 manat 56 qəpik dəyərindən 3.000 avro pulu aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkıniş şəxsə xeyli miqdarda ziyan vurmaqla vahid qəsdlə əhatə olunan dələduzluq cinayəti törətdikdən sonra tədbirdə iştirak edən polis əməkdaşları tərəfindən iş otağında saxlanılmış, baxış zamanı seriya və nömrələri qeyd olunmaqla əməliyyat tədbirində istifadə olunan və bir qədər əvvəl X. tərəfindən ona təqdim olunmuş 14 ədəd 100-lük avro pul əsginazları İlham Mirzəyevin iş otağındakı şkafın yuxarıdakı, ikinciı siyirtməsindən aşkar edilərək götürülmüşdür.

Göstərilən hərəkətləri ilə Mirzəyev İlham Əlikram oğlu Azərbaycan Respublıkası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir.

İttiham aktı 18 avqust 2014-cü il tarixdə saat 12:20-də Azərbaycan Respublıkası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsində tərtib edilib qurtarmışdır.

İttiham aktı Azərbaycan Respublikası CPM-nin 290.1-cı maddəsinə əsasən cinayət işi ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm