Qırmızı.az
Prezident İsmayıllıda bir neçə obyektin açılışını etdi (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasında əsaslı yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov dövlətimizin başçısına İsmayıllıda görülən abadlıq və quruculuq işləri, həmçinin icrası nəzərdə tutulan layihələr barədə məlumat verdi.
Qeyd edildi ki, rayon icra hakimiyyətinin inzibati binasının
əsaslı yenidənqurma işləri 2013-cü ilin martında başlanılıb və cari
ilin iyununda başa çatdırılıb. Burada yenidənqurma işləri ən yüksək
səviyyədə aparılıb. Müasir memarlıq üslubunda yenidən qurulan
üçmərtəbəli binada işçilərin normal fəaliyyəti üçün hər cür şərait
yaradılıb.
Ümumi sahəsi 1631 kvadratmetr olan binanın foyesində ulu öndər
Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər
Əliyevin və Prezident İlham Əliyevin İsmayıllı rayonuna səfərlərini
əks etdirən fotolardan ibarət stendlər quraşdırılıb. Binada
vətəndaşların qəbulu və gözləmə otaqları, mətbəx, yeməkxana, eləcə
də texniki otaqlar yaradılıb. Burada 40-a yaxın iş otağı var ki,
onların da hamısı zəruri avadanlıqla təchiz edilib. Əlli nəfərlik
konfrans və 194 nəfərlik akt zallarında isə müxtəlif səviyyəli
tədbirlərin keçirilməsi üçün hər cür şərait var.
Dövlətimizin başçısı inzibati binanın operativ idarəetmə otağı ilə tanış oldu.
Bildirildi ki, bu otaq ən son informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilib. Buradan rayonun 10 yaşayış məntəqəsi ilə birbaşa əlaqə yaratmaq mümkündür. Bu da əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəlməsinə və məsələləri operativ şəkildə həll etməyə imkan verir.
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı Rayon Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Bildirildi ki, ikimərtəbəli bina yüksək zövqlə təmir edilib. İnşaat işlərində keyfiyyətə xüsusi diqqət yetirilib. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin İsmayıllıya səfərləri zamanı çəkilən fotolardan ibarət stendlər qurulub. Mədəniyyət sarayının iş, məşq, dərnək, rejissor və qrim otaqları müasir səviyyədədir. Burada 270 nəfərlik zal da yaradılıb. Zal səs və işıq effekti yaradan ən müasir sistemlə təchiz edilib. Zalda rayonun həyatında baş verən əlamətdar hadisələrlə bağlı toplantılar keçirmək üçün geniş imkanlar var. Mədəniyyət sarayında sərgi qalereyası da fəaliyyət göstərəcək. Binada 60 nəfərlik konfrans zalı və foto-laboratoriya yaradılıb.
Bu işlər bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən daxili siyasət bütün sahələri, o cümlədən mədəniyyət sahəsini əhatə edir. Bu Sarayda yaradılan şərait rayonun mədəniyyət və incəsənət xadimləri üçün böyük hədiyyə olmaqla yanaşı, gənc nəsildə bu sahəyə marağı artıracaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
22-də Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatı üçün
inşa olunan inzibati binanın açılışında iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti
kəsdi.
Prezident İlham Əliyevə inzibati binada yaradılan şərait haqqında ətraflı məlumat verildi.
Bildirildi ki, inşaat işləri yüksək keyfiyyətlə həyata keçirilib. İkimərtəbəli binanın foyesində partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada, həmçinin ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin partiyanın müxtəlif qurultayları, iclasları və bu siyasi qurumun fəaliyyəti ilə bağlı keçirilən tədbirlərdəki iştiraklarını əks etdirən maraqlı fotolardan ibarət guşələr yaradılıb.
Binada bütün otaqlar zəruri avadanlıqla təchiz edilib. Burada
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi
diqqətdə saxlanıb. İnzibati binada YAP Gənclər Birliyinin və
Qadınlar Şurasının rayon təşkilatları da fəaliyyət göstərəcək.
Binadakı 50 yerlik konfrans zalında isə partiyanın fəaliyyəti ilə
bağlı tədbirlərin keçirilməsi üçün zəruri şərait yaradılıb.
Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün belə müasir
binaların inşası bir daha sübut edir ki, ölkəmizin inkişafına mühüm
töhfələr verən bu partiyaya inam və sevgi daha da artır və onun
sıraları həm kəmiyyətcə, həm də keyfiyyətcə zənginləşir.
13:17
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı yenidənqurmadan sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, 1978-ci ildə tikilən binada indiyədək əsaslı təmir işləri aparılmayıb. Səhiyyə Nazirliyinin sifarişi əsasında aparılan təmir işlərinə 2012-ci ilin avqustunda başlanılıb. Əsaslı təmir işləri “İnam YR İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yüksək səviyyədə və zövqlə həyata keçirilib. Yenidənqurma işləri çərçivəsində xəstəxananın ərazisi hasarlanıb, yaşıllıq sahəsi salınıb, bina su anbarı, elektrik yarımstansiyası və generatorla təchiz edilib.
Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham
Əliyevin ölkəmizdə səhiyyə sisteminin inkişafına göstərdikləri
diqqəti əks etdirən fotostend yaradılıb. Xəstəxananın 105
çarpayılıq ikimərtəbəli binası 2,4 hektar ərazidə yerləşir.
Binadakı iş otaqları və palatalar bütün zəruri avadanlıqla təchiz
olunub. Xəstəxanada təcili yardım, qəbul, laboratoriya, funksional
diaqnostika, cərrahiyyə, terapiya, pediatriya, mama-ginekoloji,
reanimasiya, yoluxucu xəstəliklər, travmatologiya, hemodializ
şöbələri fəaliyyət göstərir. Tibb ocağının fizioterapiya,
rentgen-flüoqrafiya, ultrasəs müayinəsi, elektro-kardioqramma və
digər kabinetləri də müasir avadanlıqla təchiz edilib.
Xəstəxananın ən müasir tibb avadanlığı ilə təchizatı, burada
elmin ən son yeniliklərinə əsaslanan aparatların quraşdırılması bir
daha sübut edir ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığının
təmin edilməsi üçün mühüm işlər görür. Bütün bunlar həm də onu
göstərir ki, 2003-cü ildən sonrakı dövr Azərbaycan səhiyyəsində
yeni inkişaf mərhələsi ilə yadda qalıb. Bu dövr Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkədə daha çox səhiyyə infrastrukturunun
yaradılması, yeni xəstəxanaların tikintisi, mövcud tibb ocaqlarının
yenidən qurulması ilə xarakterizə olunur. Səhiyyə islahatlarının
mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturun
təkmilləşdirilməsi sahəsində də məqsədyönlü tədbirlər həyata
keçirilir. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin
keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri
üzrə qəbul olunan Dövlət proqramları müstəsna rol oynayır.
Beləliklə, Azərbaycan səhiyyəsinin son illərdə Prezident İlham
Əliyevin rəhbərliyi ilə keçdiyi böyük yol ilk növbədə, geniş
islahatlarla xarakterizə olunur. Bu islahatlar ölkədə səhiyyə
infrastrukturunun tamamilə yenidən qurulmasına xidmət edir.
Xəstəxanada aparılan əsaslı yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlətimizin başçısı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də İsmayıllıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, körpələr evi-uşaq bağçası 120 yerlikdir.
Ümumi ərazisi 520 kvadratmetr olan körpələr evi-uşaq bağçası ən
müasir tələblər səviyyəsində inşa olunub. Burada tibb otağı, zəruri
qurğular və oyuncaqlar ilə təchiz edilmiş idman zalı var. 120
yerlik yeməkxanada da balacaların normal qidalanmaları üçün bütün
imkanlar yaradılıb. Binadakı yataq və oyun otaqları da uşaqların
zövqünə uyğun tərtib edilib. Bir sözlə, burada uşaqların
təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri
üçün hər cür şərait var. Uşaqların günün əsas hissəsini burada
keçirmələri nəzərə alınaraq bu məktəbəqədər təhsil müəssisəsində
onların təlim-tərbiyəsinin keyfiyyəti, hökm sürən ab-hava vacib
amillər kimi əsas götürülüb. Balacaların intellektual, fiziki və
əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə
çıxarılması, sağlamlıqlarının qorunması diqqət mərkəzində
saxlanılır. Bu amillərə körpələr evi-uşaq bağçasında xüsusi diqqət
yetirilib. Körpələr evi-uşaq bağçasının ərazisinə dekorativ hasar
çəkilib, oyun meydançaları yaradılıb. Bina ən müasir
infrastrukturla təchiz edilib.
Görülən bütün bu işlər bir daha təsdiqləyir ki, dünyada xoş məramı,
xeyirxah işləri ilə seçilən Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva gələcəyimiz olan uşaqlara xüsusi diqqətlə yanaşır,
onların sağlam, bilikli, savadlı və intellektli olmaları üçün
əlindən gələni edir. Son illərdə Fondun prezidenti Mehriban
Əliyevanın təşəbbüsü ilə paytaxtla yanaşı, bölgələrimizdə də bir
çox uşaq tərbiyə və təhsil müəssisələrində əsaslı təmir və
yenidənqurma işləri aparılıb, yeni uşaq bağçaları tikilib. Belə
layihələrin icrasında əsas məqsəd məktəbəqədər təhsildə əvvəllər
mövcud olan çatışmazlıqların aradan qaldırılması idi və buna da
nail olunur. Heydər Əliyev Fondu bu sahədə mövcud çatışmazlıqların
aradan qaldırılması üçün yeni bir layihəyə start verib.
“Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı
ictimaiyyətə təqdim edilib. Bütün bu addımlar isə Azərbaycanın
uğurlu gələcəyinə hesablanıb.
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı və Qəbələ rayonlarında səfərdə olub.
Əvvəlcə İsmayıllıya gələn dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abidənin yerləşdiyi mərkəzi meydanda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, mərkəzi meydanda geniş abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?