Hacı İbrahim ərəb şeyxləri ilə anlaşdı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Hacı İbrahim ərəb şeyxləri ilə anlaşdı - FOTOLAR

“Avesta” Konserninin prezidenti Hacı İbrahim İbrahimovun (İbrahim Nehrəmli) rəhbərlik etdiyi konsernin idarə heyəti üzvləri Küveytdə işgüzar səfərdə olublar.

Publika.az-ın məlumatına görə, səfərin məqsədi küveytli iş adamları ilə bir sıra səmərəli görüşlər keçirmək, “Avesta” Konserni ilə bu ölkənin iş adamları arasında əməkdaşlığa dair razılaşmalar əldə etmək idi.

Hacı İbrahim səfər çərçivəsində ilk görüşünü Küveytin “Hassan Abul Holding” şirkət rəhbərliyi ilə keçirib. Belə ki, tərəflər görüş zamanı keyfiyyətli tikinti materiallarının daşınmasını müzakirə ediblər.

Daha sonra “Küveyt-Azəri” birgə müəssisəsi ilə “Hassan Abul Holding” şirkəti arasında memorandumun imzalanması mərasimi keçirilib.

Hacı İbrahim səfər çərçivəsində həmçinin, Küveytin tanınmış “Abyat” şirkət rəhbərliyi ilə də görüş keçirib.

Burada da Küveytin şirkət rəhbərliyi öz fəaliyyət sferalarını ətraflı şəkildə Hacı İbrahim Nehrəmliyə nümayiş etdirib və gələcək əməkdaşlığa dair təkliflər irəli sürüb.

Elə həmin gün Küveytin “HZ+P” şirkətinin mühəndisləri ilə tikinti texnologiyalarının daha da təkmilləşdirilməsi yönündə bir sıra müzakirələr də aparılıb.

Bundan əlavə, Küveytdə “Avesta” Konserninin meqa layihəsi hesab olunan “Khazar Islands” (“Xəzər adaları”) ilə bağlı Küveytdə mətbuat konfransı da təşkil olunub.

Mətbuat konfransında Hacı İbrahim Nehrəmli ilə yanaşı, bir sıra ərəb iş adamları da iştirak ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm