Əmək qanunvericiliyi ən çox hansı sahələrdə pozulur?
Bizi izləyin

Qırmızı.az

Əmək qanunvericiliyi ən çox hansı sahələrdə pozulur?

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən 2014-cü ilin yanvar-avqust aylarında idarə, müəssisə və təşkilatlarda həyata keçirilən dövlət nəzarəti zamanı 13069 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib.

Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, həmin hüquq pozuntularının əksər qismi məhz sahibkarlıq subyektlərində baş verib. Təhlillər əsasında aydın olub ki, əmək qanunvericiliyinin pozulması halları daha çox iqtisadiyyatın topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında özünü göstərir.

Aşkar edilmiş hüquq pozuntuları ilə əlaqədar aidiyyəti işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələr tətbiq olunub. Tətbiq olunmuş cərimələr üzrə ödənilən məbləğ ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 dəfə çox, yəni 1200189 manat təşkil edib.

Məlumatda həmçinin bildirilir ki, Azərbaycanda iqtisadi tərəqqi və hüquqi cəmiyyət quruculuğu prosesinin tərkib hissəsi kimi, əmək qanunvericiliyinə əməl olunmasına, işçi hüquqlarının təminatına dövlət nəzarəti də daim güclənir. Bu istiqamətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən görülən ardıcıl işlər vətəndaşların əmək hüquqlarına, o cümlədən işçi əməyinin mühafizəsinə, onun həyat və sağlamlığına, layiqli əməyinin təminatı ilə bağlı işəgötürənlərin sosial məsuliyyətinin artırılmasına yönəlib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm