Nazilərlər Kabinetində 2015-ci ilin dövlət büdcəsi müzakirə olunub
Bizi izləyin

Qırmızı.az

Nazilərlər Kabinetində 2015-ci ilin dövlət büdcəsi müzakirə olunub

Sentyabrın 23-də Nazirlər Kabinetində Azərbaycanın Baş naziri Artur Rasi-zadənin sədrliyi ilə 2015-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, iclası giriş sözü ilə açan A.Rasi-zadə dövlət büdcəsi layihəsinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əldə olunmuş nailiyyətlər və dünya iqtisadiyyatında müşahidə olunan meyillər nəzərə alınmaqla tərtib edildiyini vurğulayıb.

Layihə hazırlanarkən xalqın maddi rifahının daha da yaxşılaşdırılması, ölkəmizin müdafiə qüdrətinin artırılması, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə dövlət büdcəsinin sosial və investisiya yönümlü olması məsələlərinə xüsusi diqqət yetirildiyi qeyd olunub.

Büdcə layihəsi ətrafında geniş müzakirələrdən sonra iclasın yekununda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm