İşdən qovulan direktora yeni cəza: söydüyü müəllimə 2500 manat ödəyəcək
Bizi izləyin

Qırmızı.az

İşdən qovulan direktora yeni cəza: söydüyü müəllimə 2500 manat ödəyəcək

Məhkəmə müəllimlərin adına bankdan kredit götürdüyünə görə işdən azad olunan 171 saylı orta məktəbin direktoru İradə Murquzova ilə bağlı daha bir qərar verib.

Zərərçəkən Məryəm Tağıyevanın Publika.az-a verdiyi məlumata görə, direktor 2500 manat təzminat ödəyəcək.

O verdiyi müsahibəsində həmin məktəbdə müəllim işləyən Məryəm Tağıyevanın ünvanına nalayiq ifadələr işlədib. Buna görə də, o, keçmiş direktoru məhkəməyə verib. İ.Murquzovanın vəkili səs yazısının ona aid olmadığını bildirib.

Aparılan araşdırmadan sonra məhkəmə İradə Murquzovanın jurnalistdən üzr istəməsi və söydüyü müəllimə 2500 manat təzminat ödəməsinə dair qərar çıxarıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm