Akif Əlizadə gənc alimlərlə bağlı sərəncam imzalayıb
Bizi izləyin

Qırmızı.az

Akif Əlizadə gənc alimlərlə bağlı sərəncam imzalayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 17 gənc alim və mütəxəssisi doktorantura və elmi-tədqiqat işinə dair ixtisasartırma təhsili almaq üçün Avropanın elmi mərkəzlərinə göndərilir.

Publika.az-ın məlumatına görə, bu barədə AMEA-nın prezidenti, akademik Akif Əlizadə sərəncam imzalayıb. Gənclərin xaricə göndərilməsi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.


Sözügedən gənclər AMEA Rəyasət Heyəti tərəfindən keçirilən müsabiqə yolu ilə müəyyənləşdirilib və onların xaricdə təhsilinin maliyyələşdirilməsi imkanları hazırda Təhsil Nazirliyi ilə müzakirə olunur. Təhsil müddəti akademiyanın razılığı əsasında və nazirliklə bağlanan müqaviləyə görə müəyyənləşdiriləcək.


Gənclər bir çox Avropa ölkələri, o cümlədən Rusiya və Türkiyənin tanınmış universitet, elmi tədqiqat mərkəzi, müəssisə və təşkilatlarını sərbəst şəkildə seçiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm