Bilik Fondu Gənc Alim və Mütəxəssislər Şurası ilə əməkdaşlıq edəcək
Bizi izləyin

Qırmızı.az

Bilik Fondu Gənc Alim və Mütəxəssislər Şurası ilə əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri ilə görüş keçirilib.

İnformasiya Təminatı sektorundan Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov həyata keçirilən layihələr haqqında qonaqlara məlumat verib, gənc alimlərin bu layihələrin icrasına qatılmasının vacibliyini vurğulayıb.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov gənc alimlərin fəaliyyəti barədə danışıb. 8 ay əvvəl AMEA-nın tərkibində ictimai birlik kimi yaradılan Şuranın Akademiyanın bütün strukturlarını təmsil edən 52 üzvü var. Gənc Alim və Mütəxəssislər Şurası orta məktəblərdə elm guşələrinin, həmçinin ali təhsil müəssisələrində Tələbə Elmi Cəmiyyətlərinin fəaliyyətinin gücləndirilməsində, şagirdlərin peşə seçimində, Azərbaycan alimlərinin uğurlarının xaricdə təbliğində Bilik Fondu ilə əməkdaşlıq etmək niyyətindədir.

Hər iki qurum birgə fəaliyyət planları barədə danışıb, müzakirələr aparılıb. Gənc alimlər Bilik Fondunun təsis edəcəyi elmi-kütləvi jurnalda məqalələrlə çıxış edəcək, birgə elmi seminarlar təşkil olunacaq, forumlar, simpoziumlar, dəyirmi masalar, bilik yarışmaları keçiriləcək.

Bilik Fondu “Dini abidələrdə tarixin izləri”, “Auditoriya+”, “Ustad və şəyird”, “Docendo discimus”, “Yaradıcılıq fakültəsinin filialları”, “Epizod”, “Məscid kitabxanası”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda” layihələrini gerçəkləşdirir. Bu layihələrdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının da iştirak edəcəyi planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm