• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakıda vahimə yaşandı (YENİLƏNİB)

Bakıda vahimə yaşandı (YENİLƏNİB)

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev qəzanın 2 abonentin qazla təminatında problem yaratdığını bildirib:

“Qəza nəticəsində kiçik diametrli boru zədələnib. Nizami rayon qaz istehsalat xidmətindən “Azəriqaz”ın təmir tikinti idarəsinə məlumat verilib. Hazırda əməkdaşların qəzanın nəticəsinin aradan qaldırılması istiqamətində iş aparır”.

09:30

Bu gecə Bakının Nizami rayonu ərazisində ağır yol qəzası baş verib. Minik maşını yük qatarı ilə toqquşub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun Publika.az-a verdiyi məlumata görə, hadisə yolun qorunmayan hissəsində baş verib:

“Hadisə Keşlə qəsəbəsi, “Şanxay” adlanan ərazisində baş verib. Maşın hərəkətdə olan qatarın quyruq hissəsinə çırpılıb. Nəticədə qatar maşını sürüyüb. Hadisə nəticəsində ölüm baş verməyib, qaz xətti zədələnib, sızma baş verib. Propblemin aradan qaldırılması üçün aidiyyəti qurumlar hadisə yerinə cəlb edilib”.

N. Əzməmmədov onu da əlavə edib ki, hadisə yolun qorunmayan hissəsində baş verdiyinə görə, qaydanı minik maşınının sürücüsü pozub. Sürücü "Yol hərəkəti " qaydasının 44-cü maddəsini pozub. Sürücülər qorunmayan keçiddə yola baxıb, sonra keçməli idi.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR