Daha bir ana doğuş zamanı öldü
Bizi izləyin

Qırmızı.az

Daha bir ana doğuş zamanı öldü

Ötən gün gecə saatlarında Bərdə rayonunun mərkəzi xəstəxanasının doğum şöbəsində ana ölümü baş verib.

Xəstəxananın doğum şöbəsinin baş həkimi Tünzalə Quliyevanın Publika.az-a verdiyi məlumata görə, 28 yaşlı Manafova Aynur Məhərrəm qızı ağciyərin tromba embaliyası nəticəsində ölüb.

“Bu qadının ikinci qeysəriyyə əməliyyatı olub. Tromba embaliya əməliyyat zamanı baş verib. Bu proses dölyanı mayenin damara düşməsi nəticəsində ağciyər arteriyası tutulması, bəzən isə tromb arteriyanı tutması nəticəsində baş verir. Dəqiq səbəb araşdırmadan sonra müəyyən ediləcək”.

Həkim xəstənin Yevlax rayon sakini olduğunu və Bakı şəhərində qeydiyyatda olduğunu dedi.

“Əvvəlki əməliyyat yerindəki çatların ağrısı və böyrək pristupu ilə bizim xəstəxanaya gətirilib. Çatlardakı ağrını aradan qaldırmaq üçün yardım edilsə də, ana təkidlə qeysəriyyə əməliyyatı edilməsini tələb edib. Xəstə əməliyyata götürülüb. Hamiləlik dövründə hər hansı problem yaşaması ilə bağlı məlumat yoxdur, çünki bu barədə sənədlər təqdim edilməyib. Yaxınlarının verdiyi məlumata görə, uşaqlığında problem olub, Bakıdakı müalicə həkimi başqa yerdə əməliyyat edilməməyi xəbərdarlıq edib. Lakin digər problemlər barədə təfərrüatlı məlumatımız yoxdur”.

Baş həkim bildirib ki, ana ölsə də, uşaq sağ qalıb. Uşağın ağ ciyərlərində problem var:

“Uşaq 35-36 həftəlikdir, yarımçıq hesab edilir. Uşağın vəziyyəti normaldır, sadəcə, ağciyərlərində problem var. Həkimlər həmin problemi aradan qaldırmaq üçün çalışır. Ehtiyac olarsa, onu Gəncəyə göndərəcəyik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm