Çox şükür, yaralı qardaşımız Elvin sağalır, artıq toya hazırlaşırıq
Bizi izləyin

Qırmızı.az

Çox şükür, yaralı qardaşımız Elvin sağalır, artıq toya hazırlaşırıq

Qənirə Paşayeva yazır...

Ankarada xəstəxanada yaralı qardaşımız Elvini ziyarət etdik və nikah şahidi olacağıma söz verdim.
Ankarada xəstəxanada Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən yaralanan qardaşlarımızda olan Elvini ilk dəfə Bakıda Hərbi qospitalda reanimasiya şöbəsində ziyarət edəndə çox ağır vəziyyətdə idi. Reanimasiyadan çıxanda qapıda xəbər gözləyən əzizlərinə vəziyyətin nə qədər ağır olduğunu bildiyimiz halda həkimlərlə birlikdə yaxşı olacaq dedik.

Dövlətimizin və qardaş Türkiyənin rəsmilərinə təşəkkür edirik ki, ağır vəziyyətdə olan yaralı əsgər və hərbiçilərimizdən bir neçəsinin Ankarada müalicələrini davam etdirmələri üçün böyük dəstək göstərdilər və hər zaman yanlarında oldular. Elvin çox şükr ki, ağır vəziyyətdən çıxıb və inşallah getdikcə daha da yaxşılaşacaq və qısa zamanda sağalaraq əzizlərini, hamımızı, özəlliklə yolunu gözləyən nişanlısını sevindirəcək. Elvin toya hazırlaşırmış və çox şükr ki, Allah onun arzularını yarımçıq qalmasına imkan vermədi. Elvinlə geniş söhbət etdik və onun getdikcə daha da yaxşılaşan görməkdən çox sevindik. Sağ olsun həkimlər Elvinin sağalması üçün əllərindən gələni edirlər. Geniş söhbət etdik və Elvinin tezliklə sağalıb evinə dönə bilməsi üçün əllərindən gələni etdiklərini dedilər və biz də hamımız adından təşəkkürümüzü bildirdik. Qorxmaz,cəsarətli və vətənpərvər bir qardaşımızı daha yaxından tanımaqdan çox məmun oldum.

Öz istəyi ilə ön cəbhədə qulluq edən Elvinin sağalan kimi yenidən ön cəbhəyə qayıtmaq istəyi isə bir çox gənclərimiz üçün örnək olmalıdır. Onun həyat yolu maraqlı olduğu qədər gənclər üçün gözəl bir örnəkdir eyni zamanda. Elvinlə toydan, nişanlısından da danışdıq. Toyumda mütləq sizi gözləyəcəm dedi. Mən də inşallah mütləq gəlib sizi təbrik edəcəm dedim. Sonra nigah şahidliyi dəvəti gəldi və mən də sevərək qəbul etdim. Elvin artıq qardaş Türkiyədə onu müalicə edən həkimləri də dəvət edib və onlar da mütləq həmin xoş gündə iştirak edəcəklərini bildirdilər. Xeyli söhbət etdik. Üzündə təbəssüm görməkdən çox məmun idik. İnşallah onu narahat edən qızdırma və iştahsızlıq problemləri də yaxın günlərdə keçib gedər. Dualarınızı Elvin qardaşımız üçün əksik etməyin. İnanıram ki, inşallah bizə bu böyük ağrıları yaşadan Ermənistan layiq olduğu cəzanı mütləq alacaq. Elvin qardaşımız dövlətimiz,xalqımızına, qardaş Türkiyənin onlara diqqətindən razılığını da etdi. İnşallah qısa zamanda sağalasan dəyərli qardaşımız və sənin toyunda sənin arzuladığın kimi iştirak edə bilməyi Allah bizə nəsib etsin!Görüşün sonunda musiqi albomlarımızı və kitablarımızı da hədiyyə etdik amma toyda mütləq iştirak vədimizi, sözümüzü bir daha təkrarlamalı olduq.

Çıxanda Elvin toyda sizi gözləyəcəm dedi və dəyərli dostlar Səidə xanım, Anar bəy və digərləri ilə birlikdə mütləq gələcəyik , dualarımız səninlə tez sağal, bu gündən hamımız artıq toyda iştiraka hazırlaşmağa başlayırıq dedik. İnşallah qısa zamanda sağalıb evinə dönəcək Elvin qardaşımız. Dualarınızı əksik etməyin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm