Paytaxtda saxta sürücülük vəsiqəsi verilir - Foto
Bizi izləyin

Qırmızı.az

Paytaxtda saxta sürücülük vəsiqəsi verilir - Foto

Bakıda sürücülük vəsiqəsini imtahansız verən şəxslər peyda olub.

Axar.az xəbər verir ki, paytaxtın bir çox yerlərində imtahansız sürücülük vəsiqəsinin verilməsi ilə bağlı elanlar asılıb. Asılan elanlarda sürücülük vəsiqəsinin beynəlxalq mahiyyətli olduğu əks olunub.

Elanda asılmış nömrə ilə əlaqə saxlasaq da, cəhdimiz baş tutmayıb. Əlaqə üçün verilmiş nömrələrin işləmədiyi bildirilir.

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Axar.az-a bildirib ki, o elanları kimlərin verməsindən xəbərsizdir:

“Belə bir sürücülük vəsiqəsi verilə bilməz. Kiminsə nəzəri və təcrübi biliyi yoxlanılmadan sürücülük vəsiqəsini necə vermək olar? Belə çıxır ki, kimsə saxta sənəd verməklə məşğuldur. Belə bir şey varsa, araşdırarıq”.

Qeyd edək ki, qanunvericiliyə görə, sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlar verməlidir. Bundan əlavə, ölkə üzrə verilən sürücülük vəsiqəsində 4 dildə - Azərbaycan, fransız, ingilis və rus dillərində informasiyalar var. Ölkə kənarında avtomobil idarə etmək üçün mövcud sənədin yalnız notariat təsdiqi kifayətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm