“Shagman” 3 taksinin üstünə aşdı- VİDEO
Bizi izləyin

Qırmızı.az

“Shagman” 3 taksinin üstünə aşdı- VİDEO

Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu hadisə paytaxtın Nobel prospektində – “Nargilə” kafesinin qarşısında baş verib. Üzü Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olan “Shagman”ın yüksək sürətlə hərəkət etdiyi açıq-aydın görünür. O, üçüncü zolaqda hərəkət edir. Amma sürücü nə fikirləşirsə birdən-birə birinci zolağı keçir və hətta o cür yüksək sürətlə gedə-gedə sağa dönməyə də çalışır. Elə bunun nəticəsində də avtomobil idarəetmədən çıxaraq aşır. Yol kənarında dayanmış üç minik maşınının üstünə aşan “Shagman”ın yükü mişar daşıdır və daş parçaları həmin maşınların üstünə tökülərək əzir.

Videonu bir qədər də incələdikdə məlum olur ki, “Shaqman”ın sürücüsü svetoforun qırmızı işığı yanmağa başlayan anda yolu keçmək istəyir. Lakin bunu başa çatdıra bilməyəcəyini gördükdə qəfil tormoz verərək dayanmaq istəyir. Amma artıq gec idi. Çünki yüklü maşını o cür yüksək sürətdə saxlamaq mümkün deyil. Eyni situasiyada bəzən kiçik minik avtomobilini də saxlamaq mümkün olmur. Hər halda, bu qəzanın baş verməsinin əsas səbəbi sürücünün qeyri-peşəkarlığıdır.

Avtosfer.az həmin qəzanın görüntüsünü təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm