Şeyx Patriarx Kirillə görüşəcək
Bizi izləyin

Qırmızı.az

Şeyx Patriarx Kirillə görüşəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 25-də Rusiya Federasiyasına səfərə yola düşür. Bu barədə Publika.az-a İdarənin mətbuat xidmətindən məlumat verilib.


Səfər Moskva və bütün Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kirillin dəvəti əsasında həyata keçirilir.


MDB Dinlərarası Şurasının həmsədrləri olan Patriarx Kirillə QMİ sədri A. Paşazadənin görüşü 26 sentyabr tarixində Patriarxın Moskvadakı rəsmi iqamətgahında baş tutacaq.


Səfər proqramına Sankt-Peterburq şəhərinə ziyarət də daxildir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm