Dəmir yolunda qəza: 1 yük vaqonu aşdı, digəri relsdən çıxdı
Bizi izləyin

Qırmızı.az

Dəmir yolunda qəza: 1 yük vaqonu aşdı, digəri relsdən çıxdı

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin 2014-cü ildə MM tədbirlər planına müvafiq olaraq mülki müdafiə təlimi kecirilib.


Cəmiyyətin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, təlim “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda kecirilib.

Hazırlıq işlər “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun şəxsi nəzarətilə həyata keçirilib.

Təlimdə Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri iştirak edib.


İmişli qovşağının ərazisində keçirilən kompleks təlim həyəcan siqnalının verilməsi ilə başlayıb. Rəhbər işçilər qovşaq Mülki Müdafiə Qərargahı rəhbərinin yanında toplanıblar. Qovşaq rəhbəri, stansiyasının rəisi Nizami Məmmədov məlumat verib ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində bir yük vaqonu aşıb. bir yük vaqonu isə relsdən düşüb, xəsarət alanlar var.


Təlim rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün MM qüvvələrinə müvafiq göstərişlər verib. Növbəti yarana biləcək vəziyyətdə təlim iştirakçılarının vəzifələri dəqiqləşdirilib. İctimai asayişi mühafizə manqası ərazini dərhal çəpərlədi və postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər gördülər. Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində “Yanğın həyəcanı” siqnalı verilib.

Təlimdə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişin müavini Bülbül Məmmədov, Yük daşımaları Departametinin texniki şöbəsinin rəisi Mətləb Zeynalov və stansiyanın rəhbər işçiləri iştirak ediblər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm