Səhiyyə Nazirliyi: “4-5 il əvvəl poliklinikalar ölü qurum idi”
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyi: “4-5 il əvvəl poliklinikalar ölü qurum idi”

Azərbaycanda dövlət müəssisələrində 2008-ci ildən pulsuz tibb xidmətlərin tətbiq olunur. Lakin bəzi müəssisələr Səhiyyə Nazirliyinin tabeliyində olsa da, onlar təsərrüfat hesablı müəssisələr kimi fəaliyyət göstəririlər. Ona görə də onların göstərdiyi xidmətlər pulludur.

Publika.az-ın məlumatına görə, bu sözləri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli XX Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisinə həsr olunmuş mətbuat konfrasında çıxışı zamanı bildirib.

A.Qədirli bildirib ki, Səhiyyə Nazirliyinin tabeliyində olan və dövlət büdcəsindən maliyyələşən tibb müəssisələrində tibbi müayinə və müalicə pulsuzdur. Xidmətlərdən pulsuz istifadə etməsi üçün əhali özü də ayıq olmalı və hüquqlarını tələb etməlidir.

O, ölkə vətəndaşlarının müalicə üçün xarici ölkələrə getməsinə də toxunub və bu halın yalnız Azərbaycanda müşahidə edilmədiyini deyib. Dünyanın ən qabaqcıl, pulsuz səhiyyə sisteminin olduğu ölkələrdən biri - Böyük Britaniyada da insanlar müalicə üçün İndoneziyaya, Türkiyəyə gedirlər.

A.Qədirli Azərbaycanda dövlət xəstəxanalarına müraciət edən insanların sayı artıb. 4-5 il əvvəl poliklinikalar ölü qurum idi və insanlar buraya yalnız hansısa arayışı almaq üçün müraciət edirdilər.Ancaq artıq poliklinikalara müraciət edənlərin sayı da çoxalıb.

Onun sözlərinə görə, Azərbaycan səhiyyəsinin dünyada lider olduğunu demək olmasa da, onun geridə qaldığını da söyləmək olmaz

“Hazırda xarici ölkələrdə 450 mütəxəssisin öz tibbi biliklərini genişləndirmək üçün təlimlərdə iştirak edir. Azərbaycanda dünyanın bir çox ölkələrində həyata keçirilməyən cərrahiyyə əməliyyatları aparılır. Demək istəməzdim ki, Azərbaycan səhiyyəsi dünyada liderdir, ancaq bizim səhiyyə sistemində də islahatlar aparılır və sistem inkişaf edir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm