• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Magistrlar üçün yenilik - fənlərin sayı azaldı

Magistrlar üçün yenilik - fənlərin sayı azaldı

Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən “MBA proqramı”na əsasən magistrların fənnlərinin sayı azalıb. ADİU-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əvvəllər proqram üzrə 21 fənn tədris edilirdisə, yenilənmiş plana əsasən magistrlar 11 əsas və 3 seçmə ixtisas fənni üzrə təhsil alacaqlar.

Universitetin MBA proqramı üzrə tədris olunan fənlər ADİU-nun professor-müəllim heyəti ilə yanaşı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış və öz ixtisası üzrə peşəkar fəaliyyət göstərən məzunlar, o cümlədən digər ali təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən təşkil olunacaq.

Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən “MBA proqramı” təhsilin keyfiyyət gös­tə­ricilərinin Avropa standartlarına uyğun­laş­­dı­rılması istiqamətində yeniliklərin tətbiqinə başlayıb. Yeniliklərə uyğun olaraq proqramın Əsasnaməsi yenidən tərtib olunub. Tədris Konsepsiyası isə Avropa standartlarına uyğunlaşdırılıb. Burada elm və təhsil işinin yenidən təşkili və idarəedilməsi prioritetlərdən sayılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR