Türkiyə Azərbaycandan nümunə götürür
Bizi izləyin

Qırmızı.az

Türkiyə Azərbaycandan nümunə götürür

“Türkiyədə də dövlət qulluğunun asanlaşdırılmasıyla bağlı bir sıra addımlar atılır”. Publika.az xəbər verir ki, bunu ATƏT-in iqtisadi və ətraf mühit məsələləri üzrə əlqələndiricisi Xəlil Yurdakul Yigitgüdən jurnalistlərə açıqlamasında bildirib.

"Hər bir ölkənin öz qanunları var. Türkiyədə də bu istiqamətdə iş gedir. Onlardan da, digər nümayəndələrdən də öyrənəcəklərimiz olacaq”.

O, Azərbaycanda “ASAN xidmət”in yaradılmasının çox böyük nailiyyət olduğunu dilə gətirib: “Azərbaycan keçdiyimiz illərdə vətəndaşlarının xidmətlərinin asanlaşdırılmasıyla bağlı çox cəhdlər edib. ASAN xidmətin yaradılmasıyla dövlət qulluğunda elektron idarəçilik sistemə keçildi və bununla da vətəndaşlara göstərilən xidmətlər həm sürətləndi, həm də asanlaşdı. Bu təkcə adi vətəndaşların deyil, iş adamlarının da həyatlarını asanlaşdırır. Bu konfransın keçirilməsi isə, bütün ölkələrdə bu sahədə işləyən şəxslərin dəvət olunması onlarla təcrübə mübadiləsi məqsədi daşıyır. Bu baxımdan çox önəmlidir. Biz də ATƏT olaraq Azərbaycanın bu addımını dəstəkləyirik və daha da irəliyə getmələrini, daha böyük nailiyyətlər qazanmalarını arzulayırıq”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm