Qənirə Paşayeva Moldovanın Dövlət Komrat Universitetində
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Moldovanın Dövlət Komrat Universitetində

Millət vəkili Qənirə Paşayeva Moldovanın Dövlət Komrat Universitetində Qarabağ həqiqətlərindən danışıb.

Universitetin rektoru Zinaida Arikova , bir sıra müəllim və tələbələrlə görüş və toplantıda Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi torpaqlarda apardığı etnik təmizləmə siyasəti, tarixi, dini, mədəni abidələri dağıtması, Xocalı, Qaradağlı soyqırımı, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməməsi, Daglıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə ətraflı məlumatlar verən millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru, “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva Dövlət Komrat Universitetində görüş,çıxış və söhbətləri zamanı bildirib ki, Ermənilərin törətdiyi Xocalı Soyqırımının yalnız bütün azərbaycanlılara qarşı bir soyqırım deyil, bütün insanlıq əleyhinə bir cinayətdir və dinindən, milliyyətindən asılı olmayaraq dünyada barış və sülh, ədalət tərəfində olan hər kəs Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. O, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların ən adi insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə danışaraq, deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada ədalətin yanında olan insanlar, Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, Azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Dünyanın bəzi ölkələrinin Xocalı Soyqırımını rəsmən tanıdıqlarını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva ədalət yanında olan ölkələrin bu soyqırımı rəsmən tanıyacaqlarına və sayının artacağına inandığını bildirdi.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Universitetin rektoru Zinaida Arikovaya, bır sıra müəllim və tələbələrinə rəhbərlik etdiyi “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən hazırlanan və ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi soyqırımları özündə əks etdirən "Azərbaycan həqiqətləri" filmlər kataloqunu, Azərbaycan həqiqətlərinə, Qarabağ problemi və Xocalı soyqırımıza dair kitablar, filmlər, materiallar və eyni zamanda Azərbaycan mədəniyyətinə dair materiallar da təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm