Azərbaycanla Çin arasında fövqəladə hallarla bağlı memorandum imzalanıb - FOTO
Bizi izləyin

Qırmızı.az

Azərbaycanla Çin arasında fövqəladə hallarla bağlı memorandum imzalanıb - FOTO

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 23-24 sentyabr 2014-cü il tarixində Çin Xalq Respublikasının mülki məsələlər üzrə naziri Li Liguonun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olmuşdur.

FHN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Milli Fəlakətlərin Azaldılması Mərkəzi və Mülki Müdafiə Cəmiyyətində olmuşdur. Nümayəndə heyətinə Çində mülki müdafiə işinin təşkili, fövqəladə halların qarşısının alınması sahəsində görülən işlər barədə geniş məlumat verilmişdir.

Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Çin Xalq Respublikasının mülki məsələlər üzrə naziri Li Liguo ilə görüşü keçirilmişdir.

Görüşdə nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu haqqında ətraflı məlumat vermiş, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulamışdır.

Öz növbəsində, Li Liguo Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın əhəmiyyətini qeyd etmiş, bu kontekstdə qarşılıqlı səfərlərin faydalı olacağını bildirmişdir.

Görüşdən sonra “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Çin Xalq Respublikasının Mülki Məsələlər üzrə Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır.

Bundan başqa, səfər çərçivəsində Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti fövqəladə hallar zamanı istifadə olunan avadanlıqların istehsalı ilə məşğul olan bir sıra müəssisələrə səfər etmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm