Azərbaycanda quş qripi təhlükəsi varmı?
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda quş qripi təhlükəsi varmı?

Dövlət Baytarlıq Xidmətinin əməkdaşları quş qripi ilə bağlı monitorinqlər aparır. Taun Əleyhinə Stansiyanın əməkdaşları da bu monitorinqlərdə iştirak edir.

Bu barədə Publika.az-a Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev məlumat verib.

“Hazırda quş qripi ilə bağlı ölkə ərazisində təhlükə yoxdur. Bununla yanaşı monitorinqlər aparılır. Taun Əleyhinə Stansiyanın bütün laboratoriyaları hazır vəziyyətdədir. Həmçinin “qaynar xətt” xidməti də fəaliyyət göstərir. Vətəndaşlar təsərrüfatlarında saxlanan quşlarda hər hansı xəstəliyin simptomlarını müşahidə etdikdə bizə məlumat verə bilərlər. Lakin hələ ki, bu barədə nə müraciət olub, nə də fakt aşkarlanıb”.

R.Abdullayev Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də onlara hər hansı xəbərdarlıqedici məlumatın verilmədiyini bildirib.

Xatırladaq ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Cənub-Şərqi Asiyada “quş qripi”nin yeni növü aşkarlanması ilə bağlı məlumat yayıb. H5N6 virusuna bu ilin aprelində Çində, daha sonra Laos və Vyetnamda rast gəlinib. Hələlik bu virus insanlarda aşkarlanmasa da, FAO onun regionun iqtisadiyyatı və heyvandarlığı üçün təhlükəli olduğunu bəyan edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm